Braziliya millisinin sabiq futbolçusu Robinyo karyerasını İranda davam etdirə bilər.
SİA xəbər verir ki, Türkiyənin “Başakşəhər” klubunda çıxış edən hücumçu “İstiqlal”a keçməyə yaxındır.
İki klub arasında hazırda davam edən danışıqlar müsbət nəticələnəcəyi halda, 35 yaşlı cənubi amerikalının keçidi gerçəkləşəcək. Ötən ilin dekabrında “Sivasspor”dan transfer olunan Robinyo vaxtilə “Real”, “Mançester Siti” və “Milan” kimi klublarda çıxış edib.