Xətai rayonunda yol-nəqliyyat hadisəsi zamanı 45 yaşlı şəxs ağır xəsarət alıb

3 Yanvar 2020 23:49 (UTC+04:00)

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

SİA xəbər verir ki, hadisə Qaçaq Nəbi küçəsi, 4 ünvanında baş verib.

45 yaşlı kşi yaşadığı ünvandan çıxarkən yol kənarında onu minik avtomobili vurub. Hadisəni törədən sürücü məsuliyyətdən yayınmaq üçün ərazidən uzaqlaşıb. Xəsarət alan piyada ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.