İsrailin sabiq prezidenti Moşe Kasava hökm oxunub

23 Mart 2011 20:35 (UTC+04:00)
İsrailin sabiq prezidenti Moşe Kasava hökm oxunub. SİA-nın "Ediot Ahronot"una istinadən verdiyi xəbərə görə əməkdaşını zorlamaqda suçlanmış Moşe Kasavaya 7 il müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, Təl-Əviv dairə məhkəməsi Kasavı 2 il müddətinə şərti olaraq azadlıqdan məhrum edib və 100 min şekel (təqribən 28 min dollar) cərimələyib. 2010-cu ilin dekabrın 30-da məhkəmə sabiq prezident Moşe Kasavı əməkdaşı olan qadını iki dəfə zorlamaqda ittiham edib. Kasav İsrailin Ali Məhkəməsinə apellyasiya şikayəti ilə müraciət edəcək.