"Fukusima-1"-in radioaktiv buludu İslandiyaya çatıb
23 Mart 2011 20:25 (UTC+04:00)
Yaponiyadakı "Fukusima-1" atom-elektrik stansiyasındakı qəzalar nəticəsində havaya qalxmış radioaktiv hissəciklər Yaponiyadan şərqə hərəkət edərək Sakit Okean, Şimali Amerika və Atlantik Okeanı keçərək İslandiyaya çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, İslandiya Səhiyyə Nazirliyinin nümayəndəsi Siqurdur Emil Parsson radioaktiv buludun kiçik olduğunu və insan səhhəti üçün ciddi təhlükə kəsb etmədiyini deyir. Qeyd edək ki, "Fukusima-1" AES-indəki qəzalar ucbatından stansiyanın yaxınlığındakı Futaba, Okuma, Tomioka, Minamisoma, Namiyo, Naraha və Hirono şəhərlərinin əhalisi daha təhlükəsiz yerlərə köçürülüb.