David Vilya futbolçu karyerasını başa vurub

1 Yanvar 2020 20:23 (UTC+04:00)

David Vilya futbolçu karyerasına son verib.

SİA xəbər verir ki, Yaponiyanın "Vissel Kobe" klubunda çıxış edən 38 yaşlı hücumçu ölkə kubokunun finalında son matçında çıxıb. Görüşdə Kobe təmsilçisi "Antlers"i 2:0 məğlub edərək, kuboka sahib olub.

Qeyd edək ki, D.Vilya karyerası ərzində"Barselona", "Atletiko", "Valensiya" kimi klublarda da oynayıb. O, 2005-2017-ci illərdə İspaniya millisinin də formasını geyinib.