“Qara qızıl”ın qiyməti bahalaşmaqda davam edir

23 Mart 2011 20:16 (UTC+04:00)
Qərbin Liviyadakı münaqişəyə hərbi müdaxiləsi və Yəməndə hakimiyyət əleyhinə çıxışların daha da artması fonunda neftin qiyməti müsbət dinamika nümayiş etdirib. SİA-nın verdiyi xəbərə görə, London birjasında "Brent Crude Oil" markalı neft 0.14 dollar bahalaşıb. Bu markadan olan "qara qızıl"ın bir barelinin qiyməti 115,1 dollar təşkil edib.

Nyu-York birjasında isə "Light Sweet Crude Oil" markalı neftin bir barelinin qiyməti 0,05 dollar qalxaraq 102,38 dollar olub.