2020-ci ilin ilk doğulan körpəsi

1 Yanvar 2020 13:21 (UTC+04:00)

2020-ci ildə Elektron Səhiyyə sistemində ilk doğulan körpə kimi qeydiyyata düşən uşaq, 4 nömrəli Doğum Evində qeydə alınıb.

SİA-nın məlumatına görə, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, saat 00:48-də Ucar rayon Qazıqumlaq kənd sakini Rəşidə Qarayeva qız uşağı dünyaya gətirib.

Körpənin çəkisi 2,7 kq, boyu 50 sm-dir.