Mixail Saakaşvili Ramiz Həsənovu “Şərəf” ordeni ilə təltif edib

22 Mart 2011 23:16 (UTC+04:00)
Gürcüstan prezidenti Mixail Saakaşvili Azərbaycan və Gürcüstan arasında dostluq əlaqələrində xidmətlərinə görə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovu "Şərəf" ordeni ilə təltif edib. SİA-nın "Qruziya-online" saytına istinadən verdiyi xəbərə görə, Ramiz Həsənov "Şərəf" ordeni ilə təltif olunmağı münasibəti ilə Gürcüstan prezidentinə təşəkkürünü bildirib. Qeyd edək ki, təltif etmə mərasimi Gürcüstan prezidenti Mixail Saakaşvili azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərində Gürcüstan Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən Novruz bayramı şənliyində baş tutub. Prezident Novruz şənliyində Azərbaycan dilində çıxış edib, bayram münasibəti ilə azərbaycanlıları təbrik edib. O, Gürcüstanda yaşayan azərbaycanlılarla birlikdə Azərbaycan prezidenti İlham Əliyevi də təbrik etdiyini bildirib