Cari ildə maliyyə sabitliyi qorunub

30 Dekabr 2019 14:10 (UTC+04:00)

2019-cu ildə maliyyə sabitliyinin qorunması siyasəti bankları, qeyri-bank kredit təşkilatlarını, kapital və pul bazarlarını, sığorta sistemini əhatə edib. SİA Mərkəzi Banka istinadla xəbər verir ki, maliyyə sektoru üzrə sistem riskləri balansında bir sıra kövrəkliklər qalsa da, maliyyə sabitliyi qorunub və kredit aktivliyinin bərpa olunması davam edib.

2019-cu ildə bank sektorunun restrukturizasiyası çərçivəsində bir neçə bank üzrə kapital inyeksiyası həyata keçirilib, prudensial normativlərdə risklərin tənzimlənməsi sisteminin effektivliyinin artırılmasına yönəldilmiş dəyişikliklər edilib.