Ankarada 30 İŞİD-çi saxlanıldı

30 Dekabr 2019 13:27 (UTC+04:00)

Ankarada İŞİD terror təşkilatının mənsublarına qarşı növbəti dəfə xüsusi əməliyyat keçirilib. SİA-nın məlumatına görə, əməliyyat nəticəsində 30 nəfər saxlanılıb.

Saxlanılanların xarici vətəndaşlar olduğu deyilir. Lakin onların vətəndaşlıqları açıqlanmır.

Əməliyyatın digər təfərrüatları barədə məlumat verilməyib.