Gəncədə ev, Ağstafada şam ağacı yanıb

30 Dekabr 2019 09:27 (UTC+04:00)

Gəncə şəhərində 4 otaqlı evdə yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, Gəncə şəhərinin Nizami rayonunda ümumi sahəsi 160 m² olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 4 m² sahədə yanıb.

Yüksək temperaturdan evin mətbəxində əşyalar 2 m² sahədə və lambirindən ibarət tavan 13 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Ağstafa rayonunda yanğın baş verib. Rayonda hündürlüyü 10 m olan, yeni il şənliyi üçün quraşdırılan süni şam ağacı yanıb. Ərazidəki ağaclar yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.