Ziyafət Əsgərov: "Həmsədrlərin bəyanatında Fariz Bədəlovun qətlə yetirilməsi ilə bağlı məlumat yer almalı idi" - AÇIQLAMA

20 Mart 2011 00:15 (UTC+04:00)

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yerləşən Xankəndi şəhərində ermənilərin inşa etdiyi hava limanı ilə bağlı müvafiq qurumlar bəyanat veriblər. Ama yenədə bəyan etmək istərdim ki, Xankəndi Azərbaycan ərazisidir. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib. O, qeyd edib ki, Azərbaycanın razılığı olmadan orada heç bir uçuş həyata keçirilə bilməz.

Ziyafət Əsgərov eyni zamanda keçirilən icazəsiz aksiyalara da toxunub: "Mitinqlərin hamısı mənasız şeylərdir. Azərbaycan gəncliyi çox ağıllı gənclikdir, gənclərin bir yolu var, o da inkişaf yoludur, Heydər Əliyev yoludur, dövlət quruculuğu yoludur. Ona görə bu gəncləri mənasız işlərə cəlb etməyin heç bir perspektivi yoxdur".

9 yaşlı Fariz Bədəlovun erməni snayperi tərəfindən qətlə yetirlməsi ilə bağlı ATƏT-in Minsk qrupnun regiona səfərləri ilə əlaqədar verdiyi bəyanatda yer almaması ilə bağlı sualına cavabında: "Mən hesab edirəm ki, Fariz Bədəlovun vəhşicəsinə qətlə yetirilməsi ilə bağlı məlumat yer almalı idi. Əgər bu öz əksini tapmayıbsa, biz əlbəttə münsibətimizi bildirəcəyik. Bu erməni vəhşiliyinin növbəti bir nümunəsi idi. Buna başqa nə ad vermək olar?"- deyə bildirib.