Siyavuş Novruzov: “Xankəndi ərazisində ermənilərin hər hansı aerodromunun tikilməsinin və ora təyyarələrin enməsinin qarşısı alınacaq”
19 Mart 2011 19:16 (UTC+04:00)
"Xankəndində ermənilərin aeroport inşa etməsi mümkün deyil. Çünki Xankəndi Azərbaycanın ərazisidir və bu, ona aid olan məsələdir". Bu barədə SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib. O bildirib ki, orada ermənilər tərəfindən hər hansı belə bir addımın atılmasına qəti şəkildə imkan verilməyəcək. Onun sözlərinə görə, Xankəndi ərazisində ermənilərin hər hansı aerodromunun tikilməsinin və ora təyyarələrin enməsinin qarşısı alınacaq.
Daha sonra millət vəkili Novruz bayramı münasibətilə təbriklərini çatdırıb. S.Novruzov milli bayram münasibətilə bütün Azərbaycan xalqını təbrik edib, onlara cansağlığı, uğurlar və yeni nailiyyətlər arzulayıb.