Mədəniyyət Nazirliyi 2019-cu ildə hansı işləri görüb? - HESABAT

27 Dekabr 2019 11:50 (UTC+04:00)

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2019-cu il ərzində incəsənət, teatr, musiqi, kino, təsviri sənət, tarix və mədəniyyət abidələri, kitabxana, muzey, xalq yaradıcılığı və qeyri-maddi mədəni irs sahələrinin inkişafı, həmçinin ölkəmizin milli mədəniyyətinin dünyada təbliği, tanıdılması istiqamətində müxtəlif beynəlxalq və respublika əhəmiyyətli forumlar, konfranslar, simpoziumlar, sərgilər, festivallar, mədəniyyət günləri və digər tədbirlər keçirilib. SİA-nın verdiyi məlumata görə, ötən dövr ərzində həyata keçirilən tədbirlər, reallaşdırlan layihələr Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mədəniyyət və incəsənət sahələrinin inkişafı ilə əlaqədar müəyyən etdiyi dövlət siyasəti, ölkə rəhbərliyi tərəfindən imzalanan fərman və sərəncamların icrası, qarşıya qoyulan vəzifələrin yeni dövrün tələblərinə uyğun səmərəli fəaliyyətin yüksək səviyyədə təşkilinə xidmət edib.

İNCƏSƏNƏT

2019-cu il ərzində İncəsənət şöbəsi tərəfindən ölkəmizdə musiqi, teatr və təsviri sənət sahələrinin inkişafı, təbliği və milli incəsənətimizin dünyada tanıdılması naminə müxtəlif beynəlxalq və Respublika əhəmiyyətli tədbirlər, sərgilər, festivallar, mədəniyyət günləri keçirilmişdir. Görülən tədbirlər, həyata keçirilən layihələr müasir, Azərbaycan incəsənətinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır. Musiqi 2019-cu ilin 5-9 fevral tarixində Misir Ərəb Respublikasının Qahirə şəhərində keçirilmiş İslam ölkələrinin Mədəniyyət festivalında Azərbaycan nümayəndə heyəti iştirak etmişdir. Festivalda Azərbaycan musiqiçiləri ilə yanaşı 20-ə yaxın islam ölkələrinin folklor musiqi kollektivləri çıxış etmişlər. 2019-cu ilin 15 mart tarixində Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə dünya şöhrətli pianoçu, professor Bella Davidoviçin anadan olmasının 90 illiyinə həsr olunmuş konsert keçirilmişdir.

Tədbirin solisti Bella Davidoviçin istedadlı tələbələrindən biri, tanınmış amerikalı pianoçu Culiya Zilberkvit olmuşdur. 2019-cu ilin 5 aprel tarixində Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə opera müğənnisi, İtaliyada yaradıcılıq fəaliyyətini davam etdirən həmyerlimiz Azər Rzazadənin konserti keçirilmişdir.

2019-cu il aprelin 11-i və 12-də Heydər Əliyev Sarayında Rusiyanın Azərbaycandakı Səfirliyi və "Kreml baleti" teatrının təşəbbüsü ilə SSRİ Xalq rəssamı Tahir Salahovun 90 illik yubiley tədbirləri çərçivəsində görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq Artisti, Dövlət mükafatı laureatı Fikrət Əmirovun "Min bir gecə" baleti nümayiş olunmuşdur. Tamaşa Fransanın məşhur "Mezzo" telekanalı tərəfindən lentə alınaraq nümayiş olunmuşdur. Tahir Salahovun dəvətinə əsasən dünya şöhrətli baletmeyster, görkəmli pedaqoq, professor Azari Plisetki 7-13 aprel 2019-cu il tarixində Bakıya səfər etmişdir. Səfər çərçivəsində baletmeysterin aprelin 12-də Nizami Kino Mərkəzində "Plisetskilər və Messererlər" nəsli haqqında kitabın və sənədli filmin təqdimatında, habelə aprelin 11-12-də Heydər Əliyev Sarayında "Kreml baleti" teatrının ifasında F.Əmirovun "Min bir gecə" baletinin nümayişində rəsmi qonaq qismində iştirak etmişdir.

2019-cu ilin 16-23 aprel tarixində Qırğız Respublikasının Oş şəhərində TÜRKSOY beynəlxalq təşkilatının təşəbbüsü və Qırğız Respublikası Mədəniyyət, İnformasiya və Turizm Nazirliyinin dəstəyi ilə "Oş-2019 türk dünyasının mədəniyyət paytaxtı" adlı açılış mərasimi keçirilmiş, Tədbirdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının 13 nəfərdən ibarət qrupu iştirak etmişdir.

2019-cu ilin 22-27 aprel tarixində Bakıda Heydər Əliyev Fondu, Mstislav Rostropoviç Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Filarmoniyası, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Heydər Əliyev Sarayı və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında X Beynəlxalq Mstislav Rostropoviç Festivalı keçirilmişdir.

12 may 2019-cu il tarixində Monte-Karlo Opera Teatrında görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq Artisti, Dövlət mükafatı laureatı Fikrət Əmirovun yaradıcılığına həsr olunmuş konsert keçirilmişdir. Konsertdə Xalq artisti, professor Rauf Abdullayevin dirijorluğu altında Monte-Karlo Filarmonik Orkestrinin müşayiəti ilə Xalq artisti Alim Qasımov və dünya şöhrətli pianoçu Xatiya Buniatişvili çıxış etmişlər. Tədbir "Mezzo" telekanalı tərəfindən nümayiş etdiriıib.

2019-cu ilin 10-13 may tarixində Sankt-Peterburq şəhərində TÜRKSOY beynəlxalq təşkilatının təşəbbüsü ilə türk xalqlarının musiqisindən ibarət konsertlər keçirilmişdir. Tədbirlərdə Xalq artisti, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin baş dirijoru Ağaverdi Paşayev və Əməkdar artist, tarzən Sahib Paşazadə iştirak etmişlər.

2019-cu ilin 17 may tarixində Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti, Prezident təqaüdçüsü, "Şöhrət" ordenli Roza Cəlilovanın 90 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin "Seyid Şuşinskinin 130 illik yubileyinin qeyd edilməsi haqqında" 4 fevral 2019-cu il tarixli, 923 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən 20 fevral 2019-cu il tarixli, 51 nömrəli əmr və Tədbirlər Planı hazırlanaraq təsdiq edilmişdir.

Plana əsasən 29 may 2019-cu il tarixində Beynəlxalq Muğam Mərkəzində Seyid Şuşinskinin 130 illiyinə həsr olunmuş "Şuşanın muğam incisi" adlı yubiley gecəsi keçirilmişdir.

2019-cu il mayın 31-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə görkəmli bəstəkar, Xalq artisti, "Şöhrət" ordenli Oqtay Zülfüqarovun anadan olmasının 90 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilmişdir. Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2019-cu il 18-30 sentyabr tarixində Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı keçirilmişdir. Builki festivalda ABŞ, Rusiya, Çin, Türkiyə, İtaliya, Özbəkistan, Belarusiya, Bolqarıstan, Ukrayna, Gürcüstandan tanınmış musiqiçi və kollektivlər – Çin Xalq Respublikasının "Silk Road" Filarmonik Orkestri, Sergey Roldugin, Xatia Buniatişvili, Alyona Bayeva, Miroslav Kultışev, Sergey Doqadin, Filip Kopaçevski, Veliçka Yoçeva, Yevgeni Avramenko, Lorenzo Tazzieri, Dmitri Xoxlov, Aleksandr Hacıyev, Marqarita Aleksandroviç, Regina Rüstəmova, Cəbrayıl İdrisov, Giorgi Çelidze, Ümid İsrailov, habelə Azərbaycan sənətçiləri Rauf Abdullayev, Ülviyyə Hacıbəyova, Yeganə Axundova, Fəxrəddin Kərimov, Murad Adıgözəlzadə, Murad Hüseynov, Əyyub Quliyev, Mustafa Mehmandarov və başqalarının iştirakı ilə 40-a yaxın tədbirlər təşkil olunmuşdur. Üzeyir Hacıbəyliyə həsr olunmuş XI Beynəlxalq Musiqi Festivalının proqramı ilk dəfə olaraq Fransanın məşhur "Mezzo" televiziya kanalında yayımlanmışdır.

26 sentyabr 2019-cu il tarixində Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Respublikası Prezidentinin "Soltan Hacıbəyovun 100 illik yubileyinin qeyd edilməsi haqqında" müvafiq Sərəncamına əsasən Soltan Hacıbəyovun 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilmişdir.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin birgə təşəbbüsü ilə 2019-cu ilin 11 oktyabr tarixində Heydər Əliyev Sarayında dünya şöhrətli "Beryozka" Akademik Rəqs Ansamblının, oktyabrın 13-də isə Azərbaycan Dövlət Akademik Filarmoniyasında Rusiya Federasiyasının Xalq artisti, görkəmli pianoçu Nikolay Luqanskinin iştirakı ilə konsertlər keçirilmişdir.

Cari ilin 21-26 oktyabr tarixində P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında "Moskva forumu" XVI Beynəlxalq Müasir Musiqi Festivalı keçirilmişdir. Festivalda Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti, tanınmış tar ifaçısı, Əməkdar artist, Prezident mükafatçısı Sahib Paşazadə görkəmli bəstəkar, Xalq artisti, professor Fərəc Qarayevin "Xütbə, muğam və surə" əsəri ilə çıxış etmişdir. Sənətçini dirijor İqor Dronovun rəhbərliyi ilə "Yeni Musiqi Studiyası" orkestri müşayiət etmişdir. Azərbaycan Respublikası Prezidentinin "Hacıbaba Hüseynovun 100 illik yubileyinin qeyd edilməsi haqqında" Sərəncamının icrası məqsədilə Mədəniyyət Nazirliyinin 11 mart 2019-cu il tarixli, 77 nömrəli əmri və Tədbirlər planı hazırlanaraq təsdiq olunmuşdur.

Hacıbaba Hüseynova həsr olunmuş yekun tədbir 29 oktyabr 2019-cu il tarixində Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilmişdir. Hesabat dövrünün 29 oktyabr tarixində Moskva Dövlət Konservatoriyasının Raxmaninov zalında Azərbaycan musiqiçilərinin iştirakı ilə konsert keçirilmişdir. Tədbirdə Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə Azərbaycan Dövlət Simfonik Orkestrinin 15 nəfərlik heyəti və solist Fəridə Məmmədova çıxış etmişlər. Layihənin bədii rəhbəri Xalq artisti, professor Fərəc Qarayevdir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi və Xalq artisti Fərəc Qarayevin təşəbbüsü ilə cari ilin 13 noyabr tarixində Beynəlxalq Muğam Mərkəzində və 15 noyabr tarixində Azərbaycan Dövlət Akademik Filarmoniyasında pianoçu Olqa Domnina (Rusiya) və skripka ifaçısı Maykl Qutmanın (Belçika) iştirakı ilə musiqi gecələri keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin "Əminə Dilbazinin 100 illik yubileyinin keçirilməsi haqqında" 4 sentyabr 2019-cu il tarixli 1409 nömrəli Sərəncamının icrasının təmin edilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən 19 sentyabr 2019-cu il tarixli, 257 nömrəli Tədbirlər planı hazırlanaraq təsdiq edilmişdir.

Tədbirlər planına uyğun olaraq cari ilin 16 dekabr tarixində Heydər Əliyev Sarayında Əminə Dilbazinin anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin "Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında" Sərəncamının icrasının təmin edilməsi məqsədilə cari ilin 27 dekabr tarixində Heydər Əliyev Sarayında Xalq artisti Firəngiz Əlizadənin "Nasimi Passion" vokal-xoreoqrafik tamaşası nümayiş olunmuşdur. Teatr Hesabat dövründə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramının icrasını təmin etmək məqsədi ilə Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan teatrının zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunması, bəşəri dəyərlərin təbliği, teatrların maddi-texniki bazalarının modernləşdirilməsi, informasiya və maliyyə resurslarından səmərəli istifadə edilməsi, günün tələblərinə uyğun repertuarın formalaşması istiqamətində məqsədyönlü layihələr həyata keçirilib.

Mədəniyyət Nazirliyi Azərbaycan Teatr Xadimləri İttifaqı ilə birgə 10 mart tarixində Milli Teatr Gününə həsr "Boş məkanın dolğunluğu adlı" II Eksperimental tamaşalar Festivalı keçirtmişdir. 23-31 may tarixində Tərlan Rəsulovun təsis etdiyi dOM Teatrı Rusiya Federasiyasının Ufa şəhərində keçirilən V Tuqanlıq Beynəlxalq Teatr Festivalında "Limbo" tamaşası ilə çıxış etmişdir. 1-5 iyun tarixində Lənkəran şəhərində I Beynəlxalq Uşaq Teatrları Festivalı keçirilmişdir. Festivala Böyük Britaniya, Gürcüstan və İran İslam Respublikasından teatr kollektivləri qatılmışdır. 1-7 iyun tarixində YUĞ Dövlət Teatrı Rusiya Federasiyasının Kazan şəhərində keçirilən Navruz Beynəlxalq Teatr Festivalında iştirak etmişdir. 25 avqust-2 sentyabr tarixində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Şövqü Hüseynov ABŞ-ın Boston şəhərində P.Zyuskindin "Kontrabas" tamaşası ilə iştirak edib. 10-15 oktyabr tarixində Albaniyanın Elbasan şəhərində "Skampa-2019" Modern Teatr Festivalında Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Xalq artisti, professor Fərəc Qarayevin "Gözləmə" və Samuel Bekketin "Qodo həsrətində" əsərləri əsasında hazırlanmış "Qodonun intizarında" tamaşası ilə çıxış etmişdir.

30 oktyabr tarixində Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının Kamera səhnəsinin açılışı oldu. Xalq artisti, prezident təqaüdçüsü Lüdmila Duxoxnayanın 75 illik yubiley gecəsi keçirilmişdir. Tədbirdə nazir Əbülfəs Qarayev L.Duxovnayaya "Şöhrət" ordenini təqdim etmişdir.

16-17 noyabr tarixində Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində Rusiya Akademik Malıy Teatrı Nikolay Vasilyeviç Qoqolun "Evlənmə" tamaşası ilə çıxış etmişdir. Azərbaycan Respublikasının Prezidenti "Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında" Sərəncamın icrasını təmin etmək məqsədi ilə Akademik Milli Dram Teatrında C.Cabbarlının "Yaşar", Akademik Rus Dram Teatrında "Aydın", Gənc Tamaşaçılar Teatrında "Oqtay Eloğlu", Şəki Dövlət Dram Teatrında "Sevil", Lənkəran Dövlət Dram Teatrında "Vəfalı Səriyyə, yaxud göz yaşı içində gülüş", Sumqayıt Dövlət Dram Teatrında "Solğun çiçəklər", Gəncə Dövlət Dram Teatrında "Dönüş" tamaşaları dövlət sifarişi yolu ilə hazırlanmış və həmin tamaşalar 23-30 noyabr tarixində Bakı şəhərində nümayiş olunmuşdur.

Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqı ilə birgə 2-10 dekabr tarixində "2+1" adlı" III Eksperimental tamaşalar Festivalı keçirilmişdir. Festivalda Azərbaycan Dövlət Gənc Tamaşaçılar, Azərbaycan Dövlət Kukla, Qax Dövlət Kukla, Gəncə Dövlət Kukla, Qusar Dövlət Ləzgi, Ağdam Dövlət Dram, Qazax Dövlət Dram və Bakı Uşaq Teatrları çıxış etmişlər.

3 dekabr tarixində Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında YUĞ Dövlət Teatrının 30, Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlunun isə 70 illik yubileyləri qeyd edilmişdir. 4 dekabr tarixində Şuşa Dövlət Musiqili Dram Teatrında Qusar Dövlət Ləzgi Dram Teatrı "Sevimli Sədəfim" tamaşası ilə çıxış etmişdir. Təsviri və dekorativ sənət Gəncə şəhərindəki XIX əsr "Hüsniyyə" məscidinin interyerində Xalq rəssamı Toğrul Nərimanbəyov tərəfindən çəkilmiş divar rəsminin konservasiyası və bərpası işləri tamamlanmışdır. 12 aprel 2019-cu ildə Muzey Mərkəzində Azərbaycanın tanınmış heykəltəraşı, Əməkdar rəssam Münəvvər Rzayevanın 90 illik yubileyinə həsr olunmuş anım tədbiri keçirilmişdir.

Cari ilin 19-31 may tarixində keçiriləcən 21-ci TÜRKSOY Rəssamlarının Görüşündə ölkəmizi təmsil etməsi üçün gənc və istedadlı rəssam Pərviz Heydər oğlu Ələkbərli Qırğızıstanın Oş şəhərinə göndərilmişdir.

21 may tarixində Hilton Bakı otelində Azərbaycan Dövlət Rəsm Qalereyasının və "Auction Baku"nun təşkilatçılığı ilə incəsənət əsərlərinin ilk auksionu keçirilmişdir.

Eyni zamanda 14-28 iyun 2019-cu il tarixində "Baku Crystal Hall" Mətbuat Mərkəzində Azərbaycan rəssamlarının ilk Respublika satış sərgisi təşkil olunmuşdur.

2019-cu il noyabr ayının 6-dan 9-dək tanınmış Amerika və Rusiya rəssamı, heykəltəraş, Rusiya Federasiyası Dövlət Mükafatının laureatı, Kabardin-Balkarın Xalq rəssamı, Adıgeyin Xalq rəssamı, bir sıra ali təhsil müəssisələrinin fəxri doktoru, rəssam Mixail Şemyakin Mədəniyyət nazirliyinin dəvəti ilə Bakıya səfər etmişdir. Səfər çərçivəsində rəssam Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında ustad dərsi keçirmişdir. Səfər zamanı Mixail Şemyakin "YARAT" Müasir İncəsənət Məkanını, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrını, Azərbaycan Milli Xalça Muzeyini ziyarət etmiş və faydalı görüşlər keçirmişdir.

2019-cu il noyabrın 7-də Mədəniyyət Nazirliyi, "Auction Baku" MMC və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə "Hilton Baku" hotelində incəsənət əsərlərinin növbəti auksionu təşkil olunmuşdur. Bu il ikinci dəfə keçirilən auksion respublikada mədəniyyət və incəsənət sahəsində biznes münasibətlərini inkişaf etdirmək, alıcı və satıcılar arasında əlaqə qurmaq, art biznes sahəsində rəqabət qabiliyyətini gücləndirmək məqsədilə təşkil olunmuşdur. Mərasimdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev auksionun əhəmiyyətini yüksək qiymətləndirmişdir.

2019-cu il noyabrın 21-də Muzey Mərkəzində "Alüminium" VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesinin rəsmi açılış mərasimi keçirilmişdir. Biennale çərçivəsində "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə gürcü rəssamlarının performansı keçirilib. Azərbaycanda artıq altıncı dəfə keçirilən layihədə 17 ölkədən 40-dək rəssamın müxtəlif performans və instaliyasiyaları nümayiş olunub. "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Gürcüstanlı rəssam Zaira Nadirashvilli performans nümayiş etdirib. Norveçdən olan iştirakçı Eli Gladerin video və Katarzyna Podqoska Qlontinin instaliyasiyaları tamaşaçıların marağına səbəb olub. "Alüminium" VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesi noyabrın 25-dək davam etmişdir. Layihə üzrə müxtəlif məkanlarda sərgilər, təqdimatlar təşkil olunmuşdur.

Hesabat dövrünün dekabr ayının 16-dan 26-dək Milli İncəsənət Muzeyində Xalq rəssamı Nadir Qasımovun 90 illik, dekabr ayının 20-dən 27-dək isə Muzey Mərkəzində Xalq rəssamı Kamil Nəcəfzadənin 90 illik yubiley sərgiləri keçirilmişdir.

MUZEY İŞİ VƏ MƏDƏNİ SƏRVƏTLƏRƏ NƏZARƏT

Hesabat dövründə Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən muzeylərin 2019-cu il üçün statistik hesabatları toplanılmış və Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2019-cu il üçün tərtib olunmuş İş Planının icrasını təmin etmək məqsədilə Qəbələ Tarix-Diyarşünaslıq, Cəfər Cabbarlının Xızıdakı Ev, M.Ə.Sabirin Şamaxıdakı Ev, Tovuz rayonunda fəaliyyət göstərən Aşıq Hüseyn Bozalqanlı adına Aşıq Sənəti Dövlət və Tarix-Diyarşünaslıq muzeylərinin bədii tərtibat işlərinin aparılması və Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində Multimedia və İnformasiya Muzey Mərkəzinin yaradılması ilə bağlı layihələr hazırlanmış və rəhbərliklə razılaşdırılmışdır. Hazırda layihələrin həyata keçirilməsi ilə bağlı müvafiq işlər aparılır.

15 mart tarixində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun, eləcədə Türkiyənin Azərbaycandakı Səfirliyinin iştirakı ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə hədiyyə edilmiş 12 ədəd türk musiqi alətlərinin təqdimat mərasimi keçirilmişdir.

Aprel ayının 29-da Azərbaycan milli rəngkarlıq sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Əzim Əzimzadənin Bakı şəhərindəki xatirə muzeyinin təmirdən sonra açılış mərasimi keçirildi.

Həmçinin "18 may Beynəlxalq Muzeylər Günü" ərəfəsində cari ilin 17 may tarixində Azərbaycan Milli İncəsənət Muzeyinin birinci korpusunun əsaslı təmir və yenidənqurmadan sonra içtimaiyyət üçün açılışı və nazirlik tərəfindən Respublika muzeylərinə həsr olunmuş "museums.az" internet bələdçisinin təqdimat mərasimi təşkil olunmuşdur.

28 sentyabr tarixində Azərbaycan Milli Xalça Muzeyində, Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən II Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində böyük mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş Beynəlxalq xalça eskizi müsabiqəsinin yekun sərgisi təşkil olunmuşdur.

30 oktyabr tarixində Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində Asiya Milli Muzeylər Assosiasiyasının (ANMA) 7-ci konfransı keçirilib və ölkəmiz təmsil olunub. Konfrans çərçivəsində səsvermə keçirilib və Azərbaycan Milli İncəsənət Muzeyi Asiya Milli Muzeylər Assosiasiyasına üzv qəbul edilmişdir.

6 noyabr tarixində Azərbaycan Milli İncəsənət Muzeyində Çingiz Fərzəliyevin "Zamanın pillələri ilə" adlı fərdi sərgisi açılmışdır. Sərgi Əməkdar incəsənət xadimi, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Təsviri Sənət üzrə Dövlət Ekspert Komissiyasının sədri, professor Çingiz Fərzəliyevin yaradıcılıq fəaliyyətinin 50 illiyinə və Azərbaycan Respublikası Prezidenti tərəfindən təsviri sənətinin inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilməsinə həsr olunmuşdur.

18 noyabr tarixində görkəmli yazıçı-dramaturq, publisist, naşir, ictimai xadim Cəlil Məmmədquluzadənin Ev-Muzeyinin renovasiyasından sonra açılış mərasimi keçirilmişdir.

22 noyabr tarixində Bakı Kitab Mərkəzində Azərbaycan Milli Xalça Muzeyinin 50 illik yubileyinə həsr olunmuş "Azərbaycan Xalça Muzeyi" kitabının təqdimat mərasimi keçirilmişdir.

22 noyabr tarixində Azərbaycan Milli İncəsənət Muzeyində "Azərbaycan muzeylərində audio-bələdçi" və "Sənə hekayəmi danışmaq istəyirəm" layihələrinin təqdimat mərasimi keçirilmişdir. Xızı rayonunda fəaliyyət göstərən Cəfər Cabbarlının Ev-Muzeyinin binasında rekonstruksiya, əsaslı təmir işləri aparılmış, inzibati və fond otaqları üçün yeni bina tikilmişdir. Hazırda bədii tərtibat işləri həyata keçirilir. Tovuz rayonunda fəaliyyət göstərən Aşıq Hüseyn Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyi üçün Nazirlik tərəfindən müasir memarlıq üslubunda 3 mərtəbəli yeni bina inşa edilmiş və "ADZONE" şirkəti tərəfindən müasir muzey işinin tələblərinə uyğun bədii, digital, elektron avadanlığı və proqramlarla təchiz edilmiş interaktiv ekspozisiya təşkil olunmuşdur. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi "Setline" şirkəti ilə birlikdə Rayon (şəhər) Heydər Əliyev mərkəzlərinin informasiya portalı hazırlanmış və cari ilin 8 may tarixində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ərəfəsində Bakı şəhər Heydər Əliyev Mərkəzində portalın təntənəli təqdimatı keçirilərək ictimaiyyətə açıq elan edilmişdir. Hazırda portalın davamlılığı təmin olunur və Heydər Əliyev mərkəzləri tərəfindən mütəmadi olaraq müvafiq məlumatlarla zənginləşdirilir.

MƏDƏNİ İRSİN QORUNMASI, İNKİŞAFI VƏ BƏRPASI

Hesabat dövründə Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin müvafiq fərmanları, sərəncamları, qərarları, əmrləri və digər göstərişləri mütəmadi olaraq Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən aidiyyəti qaydada yerinə yetirilmişdir. Mədəniyyət Nazirliyi üzrə adları qeyd olunan layihələrin icrası istiqamətində müvafiq işlər davam etdirilmişdir. Belə ki,

- "Azərbaycan Milli İncəsənət Muzeyinin Niyazi 9 ünvanında yerləşən binasında təmir-bərpa və yenidənqurma işləri" obyektində işlər tam başa çatıb və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyindən istismara hazırlıq aktı alınmışdır;

- Gəncə şəhərində "Şah Abbas Karvansarayı"nın bərpası obyektində işlər başa çatdırılmış, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyindən istismara hazırlıq aktı alınmışdır;

- Qazax rayonu "Sınıq körpü" abidəsində bərpa-konservasiya işləri davam etdirilir;

- Şəki şəhərində yerləşən "Gileyli məscidinin minarəsi (XVIII əsr)" abidəsində yaranmış qəza vəziyyətinin qarşısının alınması məqsədilə minarədə zəruri bərpa-gücləndirmə işlərinin aparılması üzrə işlər tam yekunlaşıb.

Şuşa Dövlət Musiqili Dram Teatrının fəaliyyət göstərdiyi Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon S.S.Axundov küçəsi, 6 ünvanındakı binanın əsaslı təmiri və yenidənqurulması üzrə işlər başa çatmışdır Bakı şəhəri, Binəqədi rayonunda yeləşən "İrəvan Dövlət Azərbaycan Dram Teatrının binasında əsaslı təmir və yenidənqurma işləri" davam etdirilir.

O cümlədən "Çıraqqala" abidəsində möhkəmləndirmə, bərpa-konservasiya işlərinin görülməsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti tərəfindən 13 mart 2019-cu il tarixli, 1041 nömrəli Sərəncam imzalanmışdır.

"Tovuz rayonu Aşıq Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinin tikintisi" nin başa çatdırılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 06 mart 2019-cu il tarixli, Sərəncamına əsasən qeyd olunan obyektdə tikinti və muzey tərtibatı işləri yekunlaşdırılmışdır. Quba rayonunda yerləşən, yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına götürülmüş "Yerfi kənd məscidin"də sahibkar dəstəyi ilə aparılan yenidənqurma və bərpa işləri davam etdirilmişdir.

"Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2019-cu il tarixli Fərmanının 7.1-ci bəndinin icrası üçün müvafiq təkliflər hazırlanaraq təqdim edilmiş və nəticədə Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında" 22 oktyabr 2019-cu il tarixli, 844 nömrəli Fərmanı ilə Dövlət Xidmətinin beş regional idarəsi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin "Tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında" 22 oktyabr 2019-cu il tarixli 1498 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Şəmkir rayonunun tarixi ərazisi "Qədim Şəmkir Şəhəri" Dövlət Tarix-Mədəniyyət Qoruğu, Azərbaycan Respublikasının Ağsu rayonunun tarixi ərazisi "Orta Əsr Ağsu Şəhəri" Dövlət Tarix-Mədəniyyət Qoruğu, "Çıraqqala" və "Şabran şəhəri" tarixi qoruqlarının ərazisi "Çıraqqala–Şabran" Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilmişdir.

KİNEMATOQRAFİYA

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında" 1 mart 2019-cu il tarixli, 1007 nömrəli Sərəncam imzalamışdır. Sərəncamın 1-ci bəndində Mədəniyyət Nazirliyinə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının və digər aidiyyəti qurumların təkliflərini nəzərə almaqla "Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası"nın hazırlanması tapşırılmışdır. Bu məqsədlə tanınmış kino mütəxəssislərindən, bu sahədə fəaliyyət göstərən ictimai təşkilatların və müstəqil prodüser mərkəzlərinin nümayəndələrindən, dövlətin kino sahəsinə məsul şəxslərindən ibarət İşçi Qrupu yaradılmışdır. Ölkədə kinematoqrafiya sahəsində uğurlu fəaliyyət göstərən dövlət və özəl kino istehsalı, eləcə də nümayişi müəssisələrinə, bu sahədəki ictimai təşkilatlara müvafiq məktublar göndərilərək sözügedən Konsepsiya ilə bağlı təkliflərini Nazirliyə təqdim etmək xahiş olunmuşdur.

Təqdim olunan təkliflər vaxtaşırı olaraq müəlliflərin iştirakı ilə İşçi Qrupu tərəfindən müzakirə edilmişdir. Bundan əlavə, Konsepsiyanın hazırlanmasında beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə İşçi Qrupunun üzvləri Litva, Macarıstan və Gürcüstanda səfərlərdə olmuş, bu ölkələrin kino sənayesinin iştirakçıları ilə görüşlər keçirmiş, kinematoqrafiya sahəsindəki vergi, gömrük və digər imtiyazlarla bağlı təcrübələrini təhlil etmişlər. Bütün təkliflər nəzərə alınmaqla hazırlanan "Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası"nın layihəsi ölkə başçısına təqdim olunmuşdur.

Daha sonra Nazirlər Kabinetinin müvafiq tapşırığı ilə Konsepsiya layihəsinə aidiyyəti dövlət qurumlarında baxılmış, rəy və təkliflər verilmişdir. Sözügedən rəy və təkliflər nəzərə alınaraq aidiyyəti qurumlarla razılaşdırılmış "Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası" layihəsi Nazirlər Kabinetinə təqdim edilmişdir. Sözügedən Sərəncamın 2-ci bəndinə əsasən dövlət sifarişi ilə film istehsalını həyata keçirmək, həmçinin milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən şəxslərə dəstək olmaq, onların yaradıcılığını stimullaşdırmaq və yeni yaradıcı qüvvələri kinodramaturgiya sahəsinə cəlb etmək məqsədilə mart ayının 20-dən iyun ayının 20-dək bədii, sənədli və animasiya filmi ssenariləri müsabiqəsi keçirilmiş, müsabiqəyə hər hansı janr məhdudiyyəti olmadan vətənpərvərlik, milli mənəvi və ümumbəşəri dəyərlər, uşaq və gənclər, eləcə də, müasir həyatın digər prioritet mövzularında ssenarilər qəbul edilmişdir. Hazırda müsabiqəyə təqdim olunan 200-dək film layihəsindən Münsiflər heyəti tərəfindən seçilmiş qalib senarilər əsasında filmlərin istehsalına başlanılmışdır. Noyabr ayının 1-dən isə növbəti bədii və animasiya film ssenariləri müsabiqəsi elan olunmuşdur.

Müsabiqəyə ssenari qəbulu başa çatmış və təqdim edilən 80-dək layihənin qiymətləndirilməsi üzərində işlər davam etdirilir. Hesabat dövründə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında "Daxildəki ada" tammetrajlı, "Rəqs", "Soraq" ("Salam"), "Estakada", "Naməlum dahi", "Dan yeli" ("Protez") qısametrajlı bədii filmlərinin, "Yadelli nağıllar" ("Azərbaycan musiqisi və erməni plagiatı") sənədli filminin, "Salnaməfilm" studiyasında "20 Yanvar" ("Silahdaşlar"), "Memar" ("Azərbaycan memarı Elbay Qasımzadə"), "Şəki" və "Saxurlar" sənədli filmlərinin, 3D formatda olan "Cırtdan və Sehrli xalat" cizgi filminin, "Mozalan" studiyasında isə "Əlvida, Şmidt!" tammetrajlı bədii filminin istehsalı başa çatdırılmışdır.

"Azərbaycanfilm"də "Quyu", "Titrəmə" və "Sizə məktub var" qısametrajlı bədii filmlərinin, "Salnaməfilm" studiyasında "Köç" sənədli filminin, "Azərbaycanın Milli Qəhrəmanları" sənədli filmlər silsiləsindən növbəti filmlərin istehsalı davam etdirilmişdir. Bundan əlavə, "Azərbaycanfilm" kinostudiyasında "Manpası qutusu", "Yüksəliş. Yaradanın adı ilə... "Xoş sonluqlu faciə", "Məryəm", "Molla Nəsrəddin – çətin günlərimin dostu", "Kariatida", "Görmə qüsuru" adlı tammetrajlı bədii filmlər, "Salnaməfilm" studiyasında "Mirzə Cəlilin Azərbaycanı", "Yaradanlar", "Malakanlar", "Ləzgilər", "Ulduzların keşikçiləri" (Rusiya ilə birgə), "Ada" sənədli filmləri, "Azanfilm" studiyasında "Oğurlanmış Bahar", "Tıq-tıq və dostları möcüzələr axtarışında" animasiya filmləri, "Debüt" studiyasında isə "Ailəvi şəkil" qısametrajlı bədii filmi istehsala buraxılmışdır. Bununla yanaşı, Azərbaycan Dövlət Film Fondunda mayın 24-də Xan Babayevin 100, iyunun 14-də Məlik Dadaşovun 95, iyunun 21-də Amaliya Pənahovanın 74, sentyabrın 10-da Niyazi Bədəlovun 110, oktyabrın 11-də Şamil Mahmudbəyovun 95, dekabrın 16-da Fikrət Əliyevin 80 illiyi ilə əlaqədar anım tədbirləri keçirilmişdir.

Nazirliyin dəstəyi ilə müstəqil ictimai təşkilatlar tərəfindən sentyabrın 2-dən 5-dək "Salam" Beynəlxalq Yeniyetmə Film Festivalı, noyabrın 6-dan 9-dək 10-cu Bakı Beynəlxalq Qısa Filmlər Festivalı, noyabrın 18-dən 20-dək II ANİMAFİLM Beynəlxalq Animadiya Festivalı təşkil olunmuşdur. Kinomuzun beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi istiqamatində də müvafiq işlər görülmüş, sentyabrının 21-dən 28-dək Özbəkistanda Azərbaycan Kinosu Günləri təşkil olunmuş, son illər çəkilən bədii, sənədli və animasiya filmlərimiz beynəlxalq kino festivallarında ölkəmizi təmsil etmişdir. Belə ki, hesabat dövründə "Nar bağı" bədii filmi Rusiyada 15-ci Kazan Beynəlxalq Müsəlman Filmləri Festivalında ("Ən yaxşı aktrisa" mükafatı qazanıb), "Çölçü" bədii filmi Hindistanda keçirilən "CROWN WOOD INTERNATIONAL" Film Festivalında ("Ən yaxşı bədii film" və "Ən yaxşı rejissor" mükafatlarına layiq görülmüşdür), ABŞ-da keçirilən "Depth of Field International Film Festival Competition 2019" Film Müsabiqəsində ("Art-House" proqramında "Möhtəşəm mükafat"a – ("EXCEPTIONAL MERIT" layiq görülüb) və "Accolade Global 2019" Film Müsabiqəsində ("Merit Special Mention" mükafatına layiq görülüb), İsraildə keçirilən "Near Nazareth Festival 2019" beynəlxalq film festivalında ("Ən yaxşı aktyor heyəti" və "Ən yaxşı rejissor" mükafatlarına layiq görülmüşdür), İtaliyada "Florence Film Awards 2019" festivalında ("Ən yaxşı bədii film" mükafatı qazanıb) və "Oniros Film Awards 2019" festivalında ("Ən yaxşı bədii film" mükafatı qazanıb), İndoneziyada "European Screen Awards 2019" festivalında ("Ən yaxşı bədii film" mükafatı qazanıb), Hindistanda "Mahul Woods International Film Festival"da ("Ən yaxşı bədii film" və "Ən yaxşı operator" mükafatlarına layiq görülmüşdür), "Üçüncü günün adamı" bədii filmi Bolqarıstanda keçiriləcək 11-ci Sofia MENAR Beynəlxalq Film Festivalında, "Balaca" qısametrajlı bədii filmi isə İtaliyada keçirilən "Cortisonici" Beynəlxalq Film Festivalında, İranda Fərc Beynəlxalq Film Festivalında, "Soraq" və "Dan yeli" qısametrajlı bədii filmləri 10-cu Bakı Beynəlxalq Qısa Filmlər Festivalında ("Soraq" "Ən yaxşı bədii film", "Dan yeli" "Ən yaxşı ssenari" mükafatı qazanmışdır), "Şəki" sənədli filmi Türkiyədə IV İstanbul Beynəlxalq Turizm Filmləri Festivalında ("Ölkə filmləri" kateqoriyasında "Ən yaxşı film" mükafatına layiq görülmüşdür), "Mənim balaca şahzadəm" animasiya filmi Türkiyədə "Universal Kids" Beynəlxalq Film Festivalında, "Azərbaycan xalçası", Azərbaycan muğamı", "Azərbaycan mətbəxi", "Çovqan", "İz...Qala", "Şəki", "Bakı əsrlərin aynasında", "Azərbaycan mətbəxinin rəngləri" sənədli filmləri İranda 9-cu Vareş Beynəlxalq Film Festivalında iştirak etmişdir.

XALQ YARADICILIĞI VƏ MƏDƏNİ MARŞRUTLARIN İNKİŞAFI

Hesabat dövrü ərzində nazirliyin müəyyən edilmiş İş Planına müvafiq olaraq xalq yaradıcılığı və mədəni marşrutlar sahələrində mövcud vəziyyət öyrənilmiş və təhlil edilmişdir. Təhlillər nəticəsində xalq yaradıcılığı və mədəni marşrutların inkişafının təmin edilməsi, bu sahədə müasir, innovativ yeniliklərin tətbiqi istiqamətində pioritet istiqamətlər müəyyən edilmiş və bu sahədə mühüm tədbirlər həyata keçirilmişdir.

Aşıqlar Birliyinin təşkilatçılığı ilə cari ilin 02 may tarixində ustad aşıq Mikayıl Azaflının 95 illiyi ilə bağlı Tovuzda geniş tədbir və konsert keçirilmiş, 17 may tarixində Azərbaycan Aşıqlar Birliyinin Sumqayıt bölməsinin açılışı olmuş və bu münasibəti ilə bölmənin iqamətgahında saz-söz məclisi təşkil olunmuş, 23 may tarixində Azərbaycan aşıqları Özbəkistanda keçirilən Beynəlxalq baxış müsabiqəsində iştirak etmiş və ikinci yerə layiq görülmüşlər.

10 iyun tarixində "Aşıq Pəri məclisi"nin 35 illiyi ilə bağlı Heydər Əliyev Sarayında böyük yubiley tədbiri və konsert təşkil olunmuşdur.

28 noyabr tarixində Gədəbəydə İlyas Tapdığın 85 illik yubileyində Bakıdan ezam olunan aşıqlar konsert vermiş, 29 noyabr tarixində Qazaxda ustad aşıq Camoy Qurbanovun 65 illik yubeliyi keçirilmişdir. Qazax rayon İcra Hakimiyyətinin başçısı və Aşıqlar Birliyinin sədri tədbirdə iştirak etmiş və geniş konsert təşkil edilmişdir. Xalq teatrlarının fəaliyyətinin dəstəklənməsi, Bakı şəhərində, xüsusən regionlarda mədəni həyatın təşkilində rolunun artırılması məqsədilə 2019-cu ilin aprel ayının 1-dən 28-dək III Respublika Xalq Teatrları Festivalının Bakı şəhəri və bölgələrdə seçim mərhələsi keçirilmişdir.

2019-cu ilin 23-25 iyun tarixində Bakı şəhərində III Respublika Xalq Teatrları Festivalının final mərhələsi, bağlanış mərasimi və I Respublika Xalq Teatrları Konfransı keçirilmişdir. Xalq yaradıcılığının qorunması, inkişafı, təbliği istiqamətində uzunmüddətli və səmərəli fəaliyyət göstərmiş kollektivlərə "xalq" statusunun verilməsi ənənəsinə müvafiq olaraq və "Xalq özfəaliyyət kollektivlərinin nümunəvi Əsasnaməsi"ni rəhbər tutaraq İsmayıllı rayonunun "Lahıc folklor kollektivi"nə, Lənkəran rayonunun "Nənələr folklor kollektivi"nə, Şamaxı rayonunun "Şirvan" folklor qrupuna "xalq kollektivi" statusu verilmişdir. "Azərbaycan Xalq Yaradıcılığının 2019-2023-cü illər İnkişafına dair Strateji Fəaliyyət Planı" və Mədəniyyət Nazirliyinin 2019-cu ili üçün İş Planına uyğun olaraq cari ili 4-9 iyul tarixində milli sənətkarlıq nümunələrimizin sərgi və satışının təşkil olunduğu I Respublika Sənətkarlıq Festivalı keçirilmişdir. 2019-cu ilin 1 noyabr tarixində Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Ənənəvi Respublika Folklor Festivalının final mərhələsi və bağlanış mərasimi keçirilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Avropa Şurasının "Zeytun ağacları" beynəlxalq mədəni marşrutu arasında Razılaşma sənədi imzalanmışdır. Beləliklə, adıçəkilən mədəni marşruta qoşulmaq üçün aparılan işlərin məntiqi nəticəsi kimi Azərbaycan cari ilin iyun ayının 12-də Avropa Şurasının "Zeytun ağacları" beynəlxalq mədəni marşrutuna daxil edilmişdir.

Ölkəmizin mədəniyyətinin tanıdılması və təbliği məqsədilə dünyada məşhur xarici televiziya kanalları olan "CNN" və "Euronews" telekanalları ilə əməkdaşlıq davam etdirilir. Belə ki, 2019-cu ildə mədəniyyətimizin müxtəlif sahələrinin tanıdılması və təbliği məqsədilə yeni videoçarxların nümayiş olunması ilə bağlı müqavilələr imzalanmış və hal-hazırda bununla əlaqədar işlər davam etdirilir. Hazırda Azərbaycan Avropa Şurasının 5 mədəni marşrutu - Yəhudi irsi üzrə Avropa marşrutu, Şərab Yolu, Qədim Qayaüstü İncəsənət İzləri, Avropa Tarixi Termal Şəhərləri, Zeytun ağacları mədəni marşrutu üzrə təmsil olunur.

KİTAB DÖVRİYYƏSİ VƏ NƏŞRİYYATLARLA İŞ

Hesabat dövründə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən ölkədə kitaba, mütaliəyə marağın daha da artırılması, yaradıcı şəxslərin həyat və yaradıcılığının ətraflı şəkildə öyrənilməsi məqsədilə ardıcıl olaraq incəsənət və ədəbiyyat xadimləri, mədəniyyət müəssisələri haqqında nəşr layihələri, dövlətin mədəniyyət siyasətinə uyğun müxtəlif mövzularda yüksək məzmunlu kitabların çapı, görkəmli yazıçı və şairlərin yubileylərinin, kitab sənəti ilə bağlı tədbirlərin təşkili və digər bu kimi mühüm işlərin icrası həyata keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasında 2019-cu ilin "Nəsimi ili" elan edilməsi haqqında", "Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında", "Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında", "Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında", "İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında" Sərəncamlarına əsasən tədbirlər planı hazırlanmış, bir sıra tədbirlər, anım mərasimləri, ədəbi-bədii gecələr təşkil edilmişdir. Mədəniyyət Nazirlliyinin dəstəyi ilə Kəmaləxanım Əsədullayeva "Heydər Əliyev haqqında Oda", Üzeyir Hacıbəyli "Azərbaycan xalq musiqisinin əsasları", "Qara Qarayevin "Yeddi gözəl" baleti. Səhnə həyatının tarixi" (rus dilində), Sabir Mustafa "Poeziya çələngi" (ingilis dilində), Rafiq Hacıyev "Əhsən sənə, Əhsən", Vaqif İsaqoğlu "Tovuzuz saz, söz dünyası", Allahverdi Eminov "Professor Nizami Xudiyevin həyat və yaradıcılıq yolu", İ.Şıxlı "Mir moy umerşiy", Səməd Mənsur "Şeirlər, felyetonlar, pyeslər", Kəmalə Cahangirova "Qanun məktəbi", Mirali Mirkasimov "Jizn i tvorçestvo",Elçin "Baş", Elçin "Daha dərin qatlara (seçilmiş məqalə və esselər)", Elçin "Qırx Beş (seçilmiş hekayələr)", Məhərrəm Qasımlı "Azərbaycan aşıq ədəbiyyatı", Nizaməddin Şəmsizadə "İdrakın üfüqləri", Qəzənfər Paşayev "Nəsimi: edamdan sonrakı həyat", "Məmmədağa Umudov", İslam Sadıq "Azərbaycanda kitab mədəniyyəti", Musa Yaqub "Gərək bu sözümü daşlara yazım", "Belarus uşaq antologiyası", R.Qəmbərov, A.Novruzov "Foto kompozisiya", E.İsgəndərov "Azərbaycan violoçel məktəbi inciləri" I cild, "Xarici ölkə bəstəkarlarının əsərlərindən ibarət köçürmələr", Gülniyar Qurban qızı "Vətən fədailəri", "Vətən haqqında nəğmələr", Metodiki tövsiyə "Dövlət qilluğu haqqında", "Mədəniyyət Nazirliyinin nomenklaturasına aid olan əməkdaşlar haqqında statistik toplu", Q.Z.Taqiyev "Neotlojniye nujdı neftyanoy promışlennosti", U.Qadjibekov "İskusstvo Azerbaydjana", Ü.Hacıbəyov "Vətən, millət, ordu", N.Gəncəvi "Xarəzm gözəlinin hekayəti", N.Gəncəvi "Slavyan gözəlinin hekayəti", N.Qyandjevi "Priyezd İskendera v Bardu i vstreça eqo s Nuşaboy", N.Qyandjevi "Povest o Nuşiravane i yevo vizire", M.Fizuli "Spor plodov", R.Rza "Çöl quşları", Q.Qasımzadə "Şəfa çantası", E.Mejelaytis "Dovşan oğlan", E.Borçalı "Şah və qoca", S.Məmmədzadə "Nənəmin nağılı", "Boz pişik və qara pişik", kitabları, görkəmli mədəniyyət xadimlərinin 45 adda portretləri işıq üzü görmüşdür. Cari ilin əvvəlində "Zengin Yayıncılık" nəşriyyatı ilə bağlanmış müqaviləyə əsasən, görkəmli şairlərimiz Nizami Gəncəvinin 5 kitabdan ibarət "Xəmsə"sinin və İmadəddin Nəsiminin şeirlərindən ibarət 1 kitabın türk dilində yüksək keyfiyyətlə çapı və Türkiyədəki təhsil müəssisələrində, kitabxanalarda, dərnəklərdə yerləşdirilməsi işinə başlanılmışdır. Layihə üzrə Nizami Gəncəvinin "Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl", "İsgəndərnamə" və "İ.Nəsimi. İraq divanı" (hər kitab 2 000 tirajla), N.Nərimanovun "Bahadır və sona", akademik Nizami Cəfərovun "Azərbaycan ədəbiyyatı tarixinin etüdləri" kitablarının nəşri başa çatdırılmışdır. Bu layihə çərçivəsində bu günə kimi 30 müəllifin 46 adda kitabı (ümumilikdə 212 000 min nüsxə) türk dilində nəşr edilərək Türkiyəli oxucuların diqqətinə təqdim olunmuşdur.

Ölkədə kitaba, mütaliəyə marağın daha da artırılması, Azərbaycan oxucusunun yerli və xarici nəşr məhsulları ilə yaxından tanışlığı, eyni zamanda yerli və xarici nəşriyyatlar, kitab evləri arasında yeni əməkdaşlıq imkanlarının yaradılması məqsədilə ənənəyə uyğun olaraq cari ilin 27-29 sentyabr tarixində Bakı İdman Sarayında VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirilmişdir.

16 iyul tarixində Beynəlxalq Muğam Mərkəzində Əməkdar memar, Dövlət mükafatı laureatı, akademik Rasim Əliyevin 85 illiyi və ona həsr olunmuş "Keçmişdən gələcəyə" adlı kitabın təqdimat mərasimi keçirilmişdir.

2019-cu il avqust ayının 26-da Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ictimai fəaliyyətinə həsr olunmuş "Milli mənəvi dəyərlərimizin təəssübkeşi" adlı tədbir keçirilmişdir.

Hesabat dövrünün 4-8 sentyabr tarixində 32-ci Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkasında ölkəmiz Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə xüsusi dizaynlı stendlə və 200 adda, 400 nüsxədən çox kitabla təmsil olunmuşdur. Mədəniyyət Nazirliyi ilə yanaşı "Azərnəşr" və "Şərq-Qərb" nəşriyyatları və "Azərkitab" kitab ticarəti mərkəzi sərgidə iştirak etmişdir.

Sərgi çərçivəsində sentyabrın 6-da MDB-nin "Kitab sənəti" beynəlxalq müsabiqəsinin qalibləri diplomlarla təltif olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Hüseyn İbrahimovun 100 illik yubileyinin qeyd edilməsi haqqında" Sərəncamına əsasən oktyabrın 8-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illik yubileyi qeyd olunmuşdur.

22-30 oktyabr tarixində Mədəniyyət Nazirliyinin dəstəyi və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə "Uşaq kitab karvanı – Bölgələrdə" layihəsi çərçivəsində səyyar kitab sərgisi Azərbaycanın (Zərdab, Göyçay, Ağdaş, Ucar, Mingəçevir, Yevlax, Bərdə və Tərtər) şəhər və rayonlarında baş tutdu.Tədbir ərəfəsində Karvanla bölgələ yola düşən uşaq yazarlarının da imza saatları təşkil edilmişdir.

2019-cu ilin 2-10 noyabr tarixində İstanbulda keçirilən 38-ci beynəlxalq kitab sərgisində ölkəmiz 300 adda, 600 nüsxədən çox nəşr məhsulu ilə təmsil olunmuşdur. Eyni zamanda Mədəniyyət Nazirliyinin "Azərbaycan kitabının dünyada tanıdılması" layihəsi çərçivəsində türk dilinə çevrilən 46 adda Azərbaycan ədəbiyyatı da ziyarətçilərə təqdim edilmişdir. Tədbiri ziyarət edən Türkiyənin Mədəniyyət və Turizm naziri Məhmət Nuri Ərsoy Azərbaycan bölməsinə də baxış keçirmiş, ölkəmizin sərgidə yüksək səviyyədə iştirakına görə məmnunluğunu bildirmişdir.

2019-cu ilin 18 noyabr tarixində Mədəniyyət Nazirliyi, TÜRKSOY, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə görkəmli ədib və ictimai xadim Cəlil Məmmədquluzadənin 150 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçirilmişdir. Konfrans çərçivəsində Milli Kitabxananın "Azərbaycanın görkəmli şəxsiyyətləri" seriyasından nəşr etdiyi "Cəlil Məmmədquluzadə. Biblioqrafiya" kitabı və "Cəlil Məmmədquluzadə - 150" elektron məlumat bazasının təqdimatı olmuşdur. Konfransda Bolqarıstan, Polşa, Türkiyə, Özbəkistandan dəvət olunmuş Cəlil Məmmədquluzadə tədqiqatçıları, böyük ədəbin nəslinin davamçıları – nəticəsi Martin Cavanşiri və kötücəsi Przemislav Cavanşiri iştirak etmişdir.

BEYNƏLXALQ ƏMƏKDAŞLIQ

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən davamlı və dayanıqlı dövlət siyasətində mədəniyyətin müxtəlif sahələrində beynəlxalq əlaqələrin qurulması və inkişaf etdirilməsi əsas prioritet istiqamətlərdən hesab edilir. Ölkə rəhbərliyi tərəfindən dünya dövlətləri ilə müxtəlif sahələrdə qurulan əməkdaşlıq, qarşılıqlı siyasi-mədəni əlaqə və yaranan etimad, dostluq mühiti, multikultural və humanizm dəyərlərlərinə bağlılığın nəticəsi kimi qiymətləndirilməlidir. Bu mənada, hesabat dövründə nazirlik tərəfindən Azərbaycan Respublikasının mədəniyyət sahəsində xarici siyasət strategiyasına uyğun olaraq, beynəlxalq ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrinin qurulması, inkişaf etdirilməsi məqsədi ilə, eyni zamanda innovativ inkişaf sahəsində mühüm layihələr və tədbirlər həyata keçirilmişdir.

İkitərəfli əməkdaşlığın inkişafı 2019-cu ilin 14-16 noyabr tarixində VIII Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda iştirak etmək məqsədilə Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 13-dən 17-dək Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində səfərdə olmuşdur. Azərbaycan nümayəndə heyəti Forum çərçivəsində müxtəlif mövzulara həsr olunmuş panellərdə iştirak etmişdir. Səfər müddətində Rusiya Federasiyasının mədəniyyət sahəsində səlahiyyətli dövlət rəsmiləri ilə ikitərəfli görüşlər keçirilmiş, əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.

2020-ci ildə keçiriləcək IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda Azərbaycanın "qonaq ölkə" fəxri statusunda iştirakı ilə bağlı silsilə mədəni proqramların təşkili istiqamətində danışıqlar aparılmışdır. Azərbaycan nümayəndə heyətinin VIII Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda məhsuldar işi, fəal iştirakı, həmçinin teatr sahəsində gələcək əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə Rusiya teatr tamaşalarının yazılarının hədiyyə edilməsi haqqında protokol imzalanmışdır.

Beynəlxalq təşkilatlarla əməkdaşlıq:

2019-cu il ərzində UNESKO ilə əməkdaşlıq çərçivəsində 24 iyun – 4 iyul 2018-ci il tarixlərində Bəhreyn Krallığının Manama şəhərində keçirilmiş UNESKO-nun Ümumdünya İrs Komitəsinin 42-ci sessiyası zamanı Azərbaycan Respublikasının 2018-2019-cu illər üçün Komitəyə sədr seçilməsi ilə əlaqədar Komitənin 43-cü sessiyası cari ilin 30 iyun-10 iyul tarixlərində Bakı şəhərində keçirilmişdir. Sessiya çərçivəsində, 7 iyul tarixində Azərbaycan Respublikası tərəfindən irəli sürülmüş "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" nominasiyası UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir. UNESKO-nun 2020-2021-ci illər üzrə "Görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı" çərçivəsində 2020-ci ildə qeyd edilməsi məqsədilə Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi ilə bağlı aidiyyəti sənədlər hazırlanmış, nominasiyaya Rusiya Federasiyası da qoşulmuş və fayl birgə təqdim edilmişdir.

Nəicədə UNESKO tərəfindən 2020-ci ildə Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd olunması təsdiq edilmişdir.

Bu ilin birinci yarımili ərzində UNESKO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil edilməsi məqsədilə Bakı şəhərinin dizayn kateqoriyası üzrə namizədliyi ilə bağlı müvafiq fayllar UNESKO-ya təqdim edilmiş, cari ilin 30 oktyabr tarixində Bakı şəhəri dizayn kateqoriyası üzrə UNESKO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil edilmişdir. Bakı şəhəri ilə yanaşı 48 ölkədən 66 şəhərin müxtəlif kateqoriyalar üzrə şəbəkəyə üzvlüyü təsdiq edilmişdir.

Cari ilin 6 mart tarixində TÜRKSOY-un Ankarada yerləşən baş qərargahında Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayevin iştirakı ilə "Nəsimi ili"nin açılış mərasimi keçirilmişdir. Mədəniyyət Nazirliyi, TÜRKSOY və Azərbaycan Milli Kitabxanası tərəfindən birgə təşkil olunmuş tədbirdə nazirlər, digər yüksək vəzifəli şəxslər, səfirlər, diplomatik korpusun məsul əməkdaşları, görkəmli ədəbiyyatçılar, QHT və KİV təmsilçiləri iştirak etmişdir. Tədbir iştirakçıları əvvəlcə İmadəddin Nəsiminin yaradıcılığına həsr edilmiş kitab sərgisi ilə tanış olmuşdurlar.

Daha sonra tədbirdə çıxış edənlər Nəsiminin həyat və yaradıcılığından bəhs etmişdirlər. Azərbaycan tərəfindən irəli sürülən "TÜRKSOY-a üzv ölkələrdə Yaradıcı və Mədəniyyət Sənayelərinin İnkişafına dair birgə proqram"ın həyata keçirilməsi, Xalq rəssamı Əzim Əzimzadənin 140 illik yubileyinin, Xalq yazıçısı Süleyman Rəhimovun 120 illik, Xalq şairi Rəsul Rzanın 110 illik, Əməkdar incəsənət xadimi, yazıçı Xanımana Əlibəylinin 100 illik, kinorejissor, Xalq artisti Həsən Seyidbəylinin 100 illik yubileyinin və Bəstəkar Vaqif Mustafazadənin 80 illik yubileylərinin qeyd olunması ilə bağlı təkliflər təşkilatın 2020-ci il üçün Fəaliyyət Planına daxil edilmişdir.

Beynəlxalq əhəmiyyətli tədbirlər V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri tərəfindən imzalanmış 31 yanvar 2019-cu il tarixli 10 nömrəli Sərəncama əsasən Forumun Tədbirlər Planı təsdiqlənmişdir. 2-3 may 2019-cu il tarixində Bakı şəhərində "Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq" mövzusunda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir. Azərbaycan Hökumətinin təşkilatçılığı, UNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Ümumdünya Turizm Təşkilatı, Avropa Şurası və İSESKO-nun tərəfdaşlığı ilə keçirilən forumda çoxsaylı ölkələrin dövlət və hökumət rəsmiləri, nazirlər, millət vəkilləri, 60 ölkənin diplomatik nümayəndəliyinin rəhbərləri, elm xadimləri və ekspertlər daxil olmaqla 106 ölkə və 32 beynəlxalq təşkilatdan 500-dən çox xarici, ümumilikdə isə 2 min nəfərə yaxın nümayəndə iştirak etmişdir. Tədbir BMT tərəfindən təşkilatın rəsmi internet səhifəsi vasitəsilə canlı yayımlanmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə baş tutan forumun açılış mərasimində BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Migel Anxel Moratinos, UNESKO baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Nada Al-Naşif, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd Əl-Osaymin, Avropa Şurasının baş katibinin müavini Qabriella Battaini-Draqoni və İSESKO-nun baş direktoru Əbdüləziz Osman əl-Tüveycri çıxış etmişdirlər. 3 gün davam edən forumda müxtəlif mövzuları əhatə edən bir sıra mühüm görüşlər, konfranslar, sessiyalar və müzkirələr keçirilmişdir. UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası 24 iyun-4 iyul 2018-ci il tarixlərində Bəhreyn Krallığının Manama şəhərində keçirilmiş UNESKO-nun Ümumdünya İrs Komitəsinin 42-ci sessiyası zamanı Azərbaycan Respublikası 2018-2019-cu illər üçün Komitəyə sədr seçilmiş və Komitənin 43-cü sessiyasının 2019-cu ildə Bakı şəhərində keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "UNESKO -nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında" 9 avqust 2018-ci il tarixli 392 nömrəli Sərəncam imzalamışdır. 30 iyun tarixində Heydər Əliyev Mərkəzində sessiyanın təntənəli açılış mərasimi keçirilmişdir.

Mərasimin rəsmi hissəsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESKO-nun Xoşməramlı Səfiri xanım Mehriban Əliyeva, UNESKO-nun baş direktoru xanım Odre Azuley və təşkilatın İcraiyyə Şurasının sədri Li Byonq-Hyun çıxış etmişdirlər. Bu, Odre Azuleyin baş direktor seçildikdən sonra ölkəmizə ilk rəsmi səfəri idi. Daha sonra mərasim Azərbaycanın mədəniyyətinə və bu coğrafiyada sivilizasiyaların inkişafına, tarixi abidələrimizin və irs məkanlarının şahid olduğu tarixə işıq salınması məqsədilə hazırlanmış, baş rejissoru Rusiyanın məşhur prodüseri, Birinci kanalın 2005-2016-cı illərdə baş direktoru, 2009-cu il Eurovision müsabiqəsinin və 2014-cü il Soçi Qış Olimpiadasının açılış mərasiminin direktoru Andrey Baltenkonun, müəllifi dünyaca məşhur Azərbaycanlı müğənni Sami Yusifin olduğu mədəni proqramla davam etmişdir.

10 iyul tarixinədək davam edən sessiyada UNESKO üzv dövlətlərindən yüksək səviyyəli rəsmilər, bir sıra ölkələrin baş nazirləri, baş nazir müavinləri, mədəniyyət, ətraf mühit, turizm nazirləri, beynəlxalq təşkilatların rəhbər şəxsləri, UNESKO-nun məşvərət orqanlarının rəhbərləri, 70-ə yaxın ölkənin UNESKO yanında daimi nümayəndəsi və memarlıq, irs və ətraf mühit sahələri üzrə mütəxəssislər daxil olmaqla dünyanın 180-dən artıq ölkəsindən 2500-dən çox nümayəndə iştirak etmişdir. Sessiya UNESKO-nun və Komitənin 43-cü sessiyasının rəsmi internet portalları vasitəsilə canlı yayımlanmışdır. Komitənin 43-cü sessiyası zamanı nəzərdən keçirilməsi üçün Ümumdünya İrs Siyahısına daxil edilməsi məqsədilə üzv dövlətlər tərəfindən 28-i mədəni, 6-sı təbiət və 2-si qarışıq olmaqla 36 nominasiya təqdim olunmuşdur. Bu nominasiyalardan 29-u Komitənin müvafiq qərarları ilə Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Bununla da, siyahıdakı irs nümunələrinin sayı 869-u mədəni, 213-ü təbiət və 39-u qarışıq olmaqla 1121-ə çatmışdır. Sessiya çərçivəsində 7 iyul tarixində Azərbaycan Respublikası tərəfindən irəli sürülmüş "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" nominasiyası UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Bu, Azərbaycanın Ümumdünya İrs Siyahısında yer alan sayca 3-cü maddi irs nümunəsidir.

27-28 noyabr 2019-cu il tarixində UNESKO baş qərargahında təşkilatın "Ümumdünya mədəni və təbii irsinin qorunması haqqında" Konvensiyasının Baş Assambleyasının 22-ci sessiyası keçirilmişdir. Sessiyada iştirak edən Mədəniyyət naziri Əbülfəs Qarayev Ümumdünya İrs Komitəsinin sədri kimi 2018-2019-cu illər ərzində görülən işlər və Komitənin 43-cü sessiyasında qəbul edilən qərarlarla bağlı hesabatla çıxış etmişdir.

Səfər çərçivəsində, həmçinin UNESKO-nun baş direktoru Odre Azuleylə ikitərəfli görüş keçirilmişdir. Yaradıcı Sənayelərin inkişafı: Yaradıcı Sənayelər (YS-lər) dünya iqtisadiyyatında dinamik inkişaf edən sektorlardan biridir. YS-lər iqtisadiyyat, mədəniyyət, yaradıcı texnologiya sahələrini birləşdirən sənaye növüdür. Beynəlxalq kateqoriya və təsnifatlandırmaya əsasən YS-lər musiqi, rəqs və teatr, dizayn, memarlıq və moda sənəti, sənətkarlıq və təsviri sənət, film, video və foto sənəti, ədəbiyyat və nəşriyyat, reklam, TV və radio yayımı, oyunlar və yaradıcı texnologiyalardan ibarətdir. YS-lərin əlavə dəyər yaratmaq imkanı uzun müddət simvolik, qeyri-maddi və maarifləndirici resurs hesab edilib. Son illərdə müxtəlif ölkə və regionlarda bu sahənin inkişafa səbəb olmaq və iş yerləri yaratmaq, innovasiyaları dəstəkləmək, eyni zamanda sosial və dayanıqlı inkişafa töhfə verməklə birbaşa və dolayı yolla iqtisadiyyata təsir edə biləcəyi geniş şəkildə tanınmağa başlayıb. Hazırda yaradıcı sənayelər qlobal trendə çevrilməkdədir. İqtisadi rəqəmlərə nəzər salanda kreativ sənayelərin dünyada sürətlə inkişaf etdiyi müşahidə olunur.

BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) təşkilatının 2002-2015-ci illər üzrə Yaradıcı İqtisadiyyata Baxış sənədinə əsasən Yaradıcı və Mədəniyyət Sənayeləri orta hesabla illik 7.3%-lik artım göstərmişlər. Avropa Kommissiyasının 2018-ci ilə dair məlumatlarına əsasən, Yaradıcı və Mədəniyyət Sənayelərində hər il təqribən 500 milyard Avro həcmində mal və xidmətlər istehsal olunur və bu rəqəm Avropa İttifaqının ÜDM-də 5.3%-dir. Bu da Aİ-də kənd təsərrüfatı sahəsinin ÜDM-dəki payından üç dəfə çoxdur. Bu sahələrdə 12 milyon daimi işçi çalışır (müqayisə üçün, Aİ-də kənd təsərrüfatı sektorunda çalışan işçilərin sayı 10 milyon təşkil edir) və onlar Aİ-də məşğul əhalinin 7.5%-ni təşkil edir. Təsadüfi deyil ki, 2021-ci il BMT tərəfindən "Dayanıqlı İnkişaf naminə Kreativ İqtisadiyyat ili" elan edilmişdir. Mədəniyyət Nazirliyi tərəfindən 2019-cu il ərzində YS-lərin inkişafı və bir sıra planlaşdırma istiqamətində tədbirlər həyata keçirilmişdir.

18 yanvar 2019-cu il tarixində Britaniya Şurasının (British Council) dəstəyi ilə əcnəbi ekspertlə birgə ölkədə fəaliyyət göstərən YS-lərin vəziyyətinə dair araşdırma aparılmış, British Council və Mədəniyyət Nazirliyinin birgə hazırladığı "Azərbaycanda Yaradıcı və Mədəniyyət sənayelərinə dair Vəziyyətin Təhlili" adlı hesabat sənədi təqdim olunmuşdur. 2019-cu ilin 8 oktyabr tarixində Azərbaycan Milli Xalça Muzeyində Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayevin iştirakı ilə ölkədə Yaradıcı Sənayelər (musiqi, dizayn, memarlıq, moda sənəti, sənətkarlıq, təsviri sənət, film, video, foto sənəti, ədəbiyyat və nəşriyyat, reklam, TV və radio yayımı, oyunlar və yaradıcı texnologiyalar) üzrə fəaliyyət göstərən aparıcı şirkətlərin rəhbərləri, prodüserlər və fərdi ekspertlərlə görüş təşkil olunmuşdur.

2019-cu ilin 10 oktyabr tarixində Beynəlxalq Muğam Mərkəzində "Kreativ Azərbaycan: yaradıcı məhsulların "Azexport.az" portalı vasitəsilə ixrac imkanları" mövzusunda təqdimat keçirilmişdir. Tədbir Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Mədəniyyət Nazirliyi ilə birgə təşkil olunmuşdur.

2019-cu ilin 31 oktyabr tarixində Dünya Şəhərlər Günü münasibətilə 48 ölkədən 66 şəhər UNESKO-nun "yaradıcı şəhərlər şəbəkəsi"nə daxil edilmişdir. Mədəniyyət və Xarici İşlər Nazirliklərinin və Azərbaycan Respublikasının UNESKO yanındakı Daimi Nümayəndəliyinin səyləri nəticəsində Bakı şəhəri "dizayn" tematikası üzrə şəbəkəyə daxil olunmuşdur.

2019-cu ilin 23 noyabrın tarixində Mədəniyyət Nazirliyinin dəstəyi, "Azerbaijan Digital Arts School" (ADAS) və "Graphic Design Azerbaijan" (GDAZ) qrupunun təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində "Azərbaycan Dizayn Forumu 2019" adlı tədbir keçirilmişdir. 2019-cu ilin 9 dekabr tarixində Bakı Konqres Mərkəzində "Kreativ Azərbaycan" portalının (creative.az) təqdimatı və "Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar" mövzusunda panel müzakirəsi keçirilmişdir. Tədbiri Mədəniyyət naziri Əbülfəs Qarayev açaraq son illər ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, yaradıcı sənayelərin töhfəsi, ölkədə bu sahənin inkişaf potensialı və bu istiqamətdə görülən işlər barədə çıxış etmişdir.

Azərbaycanın böyük şair və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyi silsilə tədbirlərlə qeyd edilib. Yubiley ili çərçivəsində Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Mədəniyyət" qəzetinin fotomüxbiri Orxan Əzimov 28 noyabr – 3 dekabr tarixlərində Suriyanın Hələb şəhərinə səfər edərək Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin məqbərəsini ziyarət edib, abidənin fotolarını çəkib. "Nəsimi ili"nə töhfə olaraq ərsəyə gətirilən fotoşəkillərdən ibarət sərgi 27 dekabr 2019-cu il tarixində Heydər Əliyev Sarayında təşkil olunub. "Nəsimi ili" çərçivəsində Nazirlik tərəfindən yekun tədbir olaraq dekabrın 27-də Heydər Əliyev Sarayında Xalq artisti Firəngiz Əlizadənin "Nasimi passion" əsəri əsasında vokal-xoreoqrafik tamaşanın nümayişi keçirilmişdir.