Sübahir Qurbanova general-mayor ali hərbi rütbəsi verilib

19 Mart 2011 05:45 (UTC+04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Sübahir Xalıq oğlu Qurbanova general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb. SİA-nın xəbərinə görə, Prezident Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıb ki, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəisi Sübahir Xalıq oğlu Qurbanova general-mayor ali hərbi rütbəsi verilsin.