Şahdağ Milli Parkı ilk bizonunu qarşıladı VİDEO

27 Dekabr 2019 10:46 (UTC+04:00)

İlin ilk bizonu İsmayıllı rayonundakı Şahdağ Milli Parkında anadan olub.

SİA xəbər verir ki, bizonlar IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin birgə həyata keçirdiyi "Azərbaycanda bizonların yenidən reintroduksiyası" layihəsi çərçivəsində Azərbaycana gətirilib.

Körpə bizonu artıq yerli şəraitə uyğunlaşaraq sürüyə qoşulub.

SİA bala bizonun görüntülərini təqdim edir: