Qazaxıstanda sərnişin təyyarəsi qəzaya uğrayıb - ölənlər var

27 Dekabr 2019 07:22 (UTC+04:00)

Cümə günü Qazaxıstanın “Bek Air” aviaşirkətinə məxsus təyyarə Almatı Hava Limanı yaxınlığında qəzaya uğrayıb.

SİA "iz.ru" saytına istinadən xəbər verir ki, hadisə nəticəsində 7 nəfər həlak olub. 95 sərnişin və 5 ekipaj üzvünün olduğu təyyarə Almatıdan Nur-Sultan istiqamətində uçurmuş. Hadisənin baş vermə səbəbi hələ açıqlanmayıb. Araşdırmalar davam edir.