Dekabrın 30-da İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Rusiyaya işgüzar səfər edəcək.
SİA İran mətbuatına istinadən xəbər verir ki, səfər çərçivəsində M.C. Zərif Rusiyanın Xarici İşlər naziri Serqey Lavrovla görüşəcək. Görüşdə regional təhlükəsizlik məsələləri müzakirə olunacaq.