Sabirabad rayonunda Novruz bayramı münasibəti ilə Heydər Əliyev adına parkda tədbir keçirilib. SİA-nın Aran bürosunun xəbərinə görə, rayon zəhmətkeşlərinin toplaşdığı bayram tədbirində rayon icra hakimiyyətinin başçısı Heydər Abbasov sakinlər qarşısında çıxış edərək təbriklərini çatdırıb.
Rayon rəhbəri təbrikində milli Novruz bayramının tarixindən, adət-ənənələrindən və insanlara xoş əhval-ruhiyyə bəxş etməsindən bəhs edərək Sabirabadlılara xoş günlər və ailə səadəti arzulayıb.
Bayram tədbirində tanınmış müğənnilərin ifa etdikləri mahnı sədaları altında pəhləvanlar da öz bacarıqlarını nümayiş etdiriblər.