Portuqaliyanın "Braqa” klubuna 34 yaşlı keçmiş futbolçu baş məşqçi təyin edilib
27 Dekabr 2019 01:56 (UTC+04:00)
Portuqaliyanın "Braqa” klubunun yeni baş məşqçisi müəyyənləşib.
SİA klubun saytına istinadən xəbər verir ki, komandanı Ruben Amorim çalışdıracaq. 34 yaşlı məşçqi ilə mövsümün sonunadək müqavilə imzalanıb.
Portuqaliya yığması və “Benfika”nın keçmiş yarımmüdafiəçisi bu vəzifədə Rikardu Sa Pintunu əvəzləyib.