"Qarabağ"ın bu mövsümün əvvəli yolları ayırdığı Con Delarj Çexiyanın "Dinamo" klubundan ayrılıb.
SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı hücumçu Türkiyə birinci liqa təmsilçisi "Boluspor"a transfer olunub. O, artıq rəsmi müqaviləyə imza atıb. C.Delarjın komandanın qış təlim-məşq toplanışına qatılacağı bildirilib.