"2019-cu il Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti həm daxili, həm də xarici siyasətdə böyük uğurlar əldə edib". Bunu SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı deyib.
Onun sözlərinə görə, ölkə daxilində sosial, iqtisadi sahədə idarəçilikdə islahatlar dərinləşdirilib və genişləndirilib: "Bütün islahatların tərkib hissəsi kimi kadr islahatları aparılıb. Aparılan islahatlar dövlət aparatının daha çevik işləməsinə? vətəndaşların daha yaxşı yaşamasına yönəldilib. Bütün bunların hamısı ölkə daxilində sabitliyin nəticəsində əldə edilib. Azərbaycanda yaradılan sabitlik təbii sabitlikdir, vətəndaş başa düşür ki, Cənab Prezident İlham Əliyevin yürütdüyü siyasət onun maraqlarına cavab verir və həmin siyasətdə gücünü xalqdan alır. Ona görə də xalq Cənab Prezidenti müdafiə edir. Xarici siyasət sahəsində həm ikitərəfli, həm də çoxtərəfli diplomatiyada uğurlar əldə olub. Ən başlıcası odur ki, qonşu dövlətlər normal münasibətlər qurulub, güc mərkəzləri ilə Azərbaycanın əməkdaşlığında irəliləyişlər əldə edilib. Bundan başqa Azərbaycan dünyanın bir çox ölkələrinə model ölkə halına gəlib. Beynəlxalq humanitar forumların, sivilizasiyalar arası dialoqların və başqalarının keçirilməsi. Heç şübhəsiz bütün bu uğurların arxasında Cənab Prezident İlham Əliyevin liderliyi amili dayanır. 2019-cu il belə əminliyə imkan verir ki, Azərbaycanın çox gözəl prespektivi vardır".