Qeyri-sağlam rəqabət Ermənistanda bütün sahələrlə özünü göstərir

24 Dekabr 2019 12:15 (UTC+04:00)

Bu rəqabət qeyri-bərabər idi, çünki rəqib hakimiyyətin dəstəyindən istifadə edib. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu Ermənistan Futbol Federasiyasının (FFA) prezidentliyə namizədi Tovmas Qriqoryan deyib.
Tovmas Qriqoryan FFA prezidenti seçkisinin nəticələrindən şikayət verə biləcəyini də istisna etmir.
“İndi qiymətləndirmə vermək istəmirəm, çünki hələ də emosiyaların təsiri altındayam. Bu gün baş verənləri həzm etməliyəm, sabah səhər yuxudan durub bir qərar verəcəm. Mən sabah emosiyasız bir qərar verəcəm", deyə T.Qriqoryan bildirib.
O, qeyd edib ki, FFA prezidentinin bu seçkisi Ermənistan tarixində görünməmiş olub və orada sağlam rəqabətdən söhbət gedə bilməz olduğu, çünki bu rəqabətin qeyri-bərabər olduğunu hamı bilir.
Görünür, bərabər olmayan, yəni qeyri-sağlam rəqabət Ermənistanda bütün sahələrlə yanaşı idmanda da özünü göstərir. Seçkidə namizəd olan Tovmas Qriqoryan bu qeyri-sağlam rəqabəti Paşinyan kondasının özlərinə lazım olanın önə çəkilməsi üçün etdiyi dəstəklə əlaqələndirir.