BMT Təhlükəsizlik Şurası Liviya hava məkanında uçuşlara qadağan olunan zonanın yaradılması barədə qərar qəbul edib. SİA-nın xəbərinə görə, qərara əsasən: "Liviya Hərbi Hava Qüvvələrinə ölkə ərazisi üzərində uçuşlar həyata keçirmək , eyni zamanda Liviyanın hava nəqliyyatına BMT üzvü olan ölkələrin ərazilərində uçmaq, eniş etmək və sərhədlərini keçmək qadağandır".
Qətnamədə Liviyadakı hərbi əməliyyatların dərhal dayandırılması tələb olunur. Bu tələb həm Müammər Qəddafinin hökumət qoşunlarına, həm də müxalifətin silahlı dəstələrinə aiddir. BMT Təhlükəsizlik Şurasının qətnaməsində həmçinin hərbi əməliyyatların mümkünlüyü və Liviya Mərkəzi Bankının və neft şirkətinin hesablarının dondurulması imkanları qeyd olunub.
Bu tədbirlər müxalifətin nəzarəti altında olan şəhərin bombardman olmasının və yerli dinc əhalinin qətlə yetirilməsinin qarşının alınmasına yönəlib. Təhlükəsizlik Şurasının 15 üzvündən 10-u qətnamənin lehinə səs verib.