Səhiyyə Nazirliyindən bütün tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan müəssisələrə XƏBƏRDARLIQ
18 Mart 2011 18:48 (UTC+04:00)
Çap edilmiş vahid resept blanklarının alınması üçün tabeliyindən asılı olmayaraq bütün tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan müəssisələr Səhiyyə Nazirliyinə müraciət etməlidirlər. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bütün bunlar Azərbaycan Respublikası səhiyyə nazirinin 2009-cu il 21 dekabr tarixli 172 nömrəli əmrinə və Səhiyyə Nazirliyinin 12.11.2010-cu il tarixli 184-S nömrəli sərəncamına əsasən təqdim olunmalıdır. Resept blanklarının tibb müəssisələrinə paylanılması Səhiyyə Naziliyinin İnnovasiya və Təchizat Mərkəzi tərəfindən aparılır.