Küçə və prospektlər gölməçələrə döndü

23 Dekabr 2019 10:47 (UTC+04:00)

İzmirdə dünən gecə saatlarında yağan güclü yağış səbəbindən küçə və prospektlərdə gölməçələr meydana gəlib. SİA-nın Türk mətbuatına istinadən verdiyi məlumata görə, yaranmış vəziyyətlə əlaqədar olaraq şəhərin bəzi yerlərində yol qəzaları baş verib.
Qeyd edək ki, "Karşıyaka"-nın "Mavişehir" mahalına yağan yağış nəticəsində dənizə yaxın olan bölgələrdə nəqliyyat vasitələrinin gedişatını çətinləşdirib.