Polşanın Azərbaycandakı səfiri Polşanın təhsil ocaqlarının məzun və təqaüdçüləri ilə görüşüb

18 Mart 2011 04:02 (UTC+04:00)

Polşanın Azərbaycandakı səfiri Mixal Labenda Polşanın təhsil ocaqlarının məzun və təqaüdçüləri ilə görüşüb. SİA-nın məlumatına görə, səfir bildirib ki, bu cür görüşlər müntəzəm təşkil ediləcək, hər bir görüş isə müzakirə və Polşanın mədəni həyatının yenilikləri ilə tanışlıq üçün bir fürsət olacaq.

O, qeyd edib ki, səfirlik Polşanın təhsil ocaqlarının bütün məzunlarını səfirliklə telefon və yaxud elektron poçt vasitəsilə əlaqə saxlamağa dəvət edir. Ediləcək müraciətlər əsasında siyahı tərtib olunacaq və bu şəxslər səfirlik tərəfindən keçiriləcək mədəni tədbirlər və növbəti görüşlər barədə xəbərdar ediləcəklər.