İntim videosu yayılan Ülvi işdən çıxarıldı, veriliş bağlandı FOTOLAR

20 Dekabr 2019 09:55 (UTC+04:00)

Aktyor-aparıcı Ülvi Həsənli ARB telekanalındakı işindən uzaqlaşdırılıb. SİA-nın məlumatına görə, buna səbəb sənətçinin bu gün sosial şəbəkədə yayılan intim görüntüləri olub. Belə ki, bir xanımla telefonla danışan və açıq-saçıq hərəkətlər edən Ülvinin videosu qız tərəfindən qeydə alinaraq, sosial mediada yayılıb.

Sözgedən proqramın digər aparıcısı isə Həsən Həsrətli idi.

Artıq “Üçəlli” verilişinin yayımı da dayandırılıb. Belə ki, bundan sonra həftəiçi beş gün efirdə “Ona qalsa” proqramı yayımlanacaq. Verilişin aparıcısı şairə Nazilə Səfərli olacaq.