Gecə naməlum şəxslər "Joxovurd" qəzetinin redaksiyasına giriblər. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə nəşrin müxbiri Naira Ovannisyan aysor.am-a açıqlamasında deyib.
Onun sözlərinə görə, gecə naməlum şəxslər "Joxovurd" qəzetinin redaksiyasına soxulublar və bütün redaksiyanı alt-üst ediblər.
168.am saytı isə xatırladır ki, “Joxovurd” gündəlik qəzetinin baş redaktoru Knar Manukyan bu yaxınlarda 1 mart hadisəsində bəzi vəzifəli şəxslərin ifadələrinin dərc edilməsi ilə əlaqədar cinayət işində dindirilmək üçün çağırılmışdı. Xüsusi istintaq xidməti jurnalistdən məlumat mənbəyini açıqlamasını tələb edir.
Əldə olunan məlumata görə, bir jurnalistin telefon danışıqları və danışıqlarının təfərruatları dinlənilib.
Göründüyü kimi, naməlum şəxslərin "Joxovurd" qəzetinin redaksiyasına soxulması heç də təsadüfi deyil və çox güman ki, bu məhz 1 mart hadisəsində bəzi vəzifəli şəxslərin ifadələrinin dərc edilməsi ilə bağlı cinayət işi ilə ədaqədardır. Daha dəqiq desək, "Joxovurd" qəzetinin redaksiyasının alt-üst edilməsi heç şübhəsiz ki, 1mart hadisəsinin araşdırılması ilə bağlıdır.