Separatçılar təşvişə düşüblər

17 Mart 2011 22:11 (UTC+04:00)

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədovun bu yaxınlarda verdiyi bəyanat Ermənistanı, xüsusən də Dağlıq Qarabağdakı erməni separatçılarını yaman təşvişə salıb. SİA-nın verdiyi məlumata görə, Administrasiyanın direktoru Xocalı hava limanına Azərbaycanın icazəsi olmadan hər hansı təyyarənin eniş edəcəyi halda vurulacağını deyib. Bu bəyanata qondarma qurumun qondarma "aviator"u Dmitri Adbaşyan cavab verərək bildirib ki, Azərbaycan və Ermənistan Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) üzvləridir və həmin təşkilata üzv olanların hamısı mülki təyyarələrə atəş açılmayacağı öhdəliyini götürüblər. Əgər Azərbaycan Qarabağdakı hava limanına enən təyyarələri vurarsa bu beynəlxalq qanunları pozmaq kimi qiymətləndiriləcək.

Amma Adbaşyan unudur ki həmin qanunla qanuni dövlətlərə şamil edilir, qondarma qurumlara yox.