Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və Lerik rayonu Lüləkəran kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Ailə mənəvi dəyərlərimizin tərkib hissəsidir” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib. SİA-nın məlumatına görə, Lüləkəran kənd məscidində baş tutan tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov, Lerik Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Rafiq Əzizov, Lüləkəran kənd məscidi dini icmasının sədri Rauf Əliyev, Mondigah kənd məscidi dini icmasının sədri Mədət Abdullayev və kənd ictimaiyyətinin nümayəndələri iştirak edib.
Çıxışlar zamanı gənclərin şəxsiyyət kimi formalaşmasında ailə dəyərlərinin rolu müzakirə edilib. Müasir cəmiyyətdə sağlam ailənin qorunmasının vacibliyi diqqətə çatdırılıb. Qeyd olunub ki, ailə dəyərləri xalqımızın zəngin milli-mənəvi dəyərlərinin ayrılmaz tərkib hissəsidir.
Sərraf Talıbov