"Azərbaycanın çayı Kanadada ən yaxşı çay adına layiq görülüb". Bu barədə açıqlamasında “Yaşıl Çay” FT MMC-nin rəhbəri Araz Yağubov bildirib.
Onun sözlərinə görə, bu təşəbbüs BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən həyata keçirilib: “Təqribən 3-4 ay əvvəl FAO-nun nümayəndələri bizim məkana gəlmişdilər. Onlar buradan gedərkən özləri ilə Azərbaycan çayını apardılar. Çay Kanadada digər çaylarla birgə test yoxlamasından keçirilib. Sonda digərlərinin arasında ən yaxşı çay adına layiq görülüb”.