Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Səid Rüstəmov adına 13 nömrəli uşaq musiqi məktəbində dahi filosof, şair İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. İdarədən SİA-ya bildirilib ki, tədbir Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş ədəbi-bədii kompozisiya ilə başlayıb.
Sonra şagirdlərin ifasında Nəsiminin sözlərinə yazılmış mahnılar səslənib.