Azərin üçüncü həyat yoldaşı ilə FOTOLARI

19 Dekabr 2019 12:13 (UTC+04:00)

Aparıcı Azər İsmayılov (Zahid) üçüncü dəfə evləndiyi xanımı ilə fotolarını üzə çıxarıb. SİA-nın məlumatına görə, o, həmin şəkilləri "İnstagram" səhifəsində paylaşıb. Lakin xanımının üzünü gizlədib.

Yeni ailə həyatı quran aparıcı şəkillərə “Mən səni sevirəm”, "Mənim balam" kimi şərhlər yazıb.

Qeyd edək ki, A. İsmayılovun 3-cü toyu ötən ayın sonunda baş tutmuşdu. Əvvəlcə aparıcı toy xəbərini təkzib etsə də, məclisdən çəkilən fotolar sosial şəbəkələrdə yayılmışdı.