Sosial şəbəkələrin trol "madonnası"

19 Dekabr 2019 09:23 (UTC+04:00)

Və yaxud AXCP-nin ikiüzlü, riyakar reneqatı Gültəkin Hacbəyli

Qarşıdakı növbəti parlament seçkiləri ərəfəsi dağıdıcı müxalifət düşərgədə təmsil olunanlar, bir tərəfdən bütün mənəvi-əxlaqi sədləri aşaraq, Azərbaycanın uğurlarından qaşınmaya düşməklə yanaşı, indi də qarşıdakı nöbəti parlament seçkiləri ərəfəsi bu qaşınma daha da artıb. Xüsusilə də, özünü "Milli Şura"nın "əzəli" və "əbədi", "cəfakeş" üzvü, adlandıran, müxalifətçi libası altında siyasi meydanda əsl çılpaqlıq nümayiş etdirən, AXCP sədri Əli Kərimlinin tapşırıq və sifarişlərini icra edən Gültəkin qarşıdakı parlament seçkiləri ərəfəsi yenə də yuyulmamış çömçə kimi ortaya düşüb. Hər dəfə də ölkəmizdə seçki, mühüm beynəlxalq yarış və ya tədbir keçiriləndə, sosial şəbəkələrin trol "madonnası" yaman "aktivləşir" ki, gəl görəsən. Çünki bu "aktivliyin" məqsədi xaricdən aldığı sifarişlər əsasında qarayaxma kampaniyaları aparmaqla qrantlar əldə etməkdir.

Gültəkin Hacıbəyli kimilər, əslində, siyasəti çirkin edənlərdir

Bu gün dağıdıcı müxalifət düşərgəsində AXCP sədri Ə.Kərimlinin "danışan dili" olan "Milli Şura"nın koordinasiya mərkəzinin üzvü G.Hacıbəylinin sosial şəbəkələrdəki həqiqətdən uzaq, şər-böhtan dolu çıxışlarını dinlədikcə, həmin fikirlərin həqiqət olduğuna bir daha əmin olursan.

Əslində, hər addımda ikiüzlülüyü, riyakarlığı ilə tanınan, parlamentin üzvü olanda, dövlətin imtiyazlarından gen-bol istifadə edərək, tam komfort şəraitində yaşayanda, tamamilə, başqa cür danışırdı. G.Hacıbəylinin o zamanlar başda Ə.Kərimli olmaqla, dağıdıcı müxalifət düşərgəsinin başbilənlərini yerdən-yerə vurmağını da heç kim unutmayıb. Ancaq elə ki, deputat seçilmədi, mandatdan məhrum oldu G.Hacıbəyli, hətta öz keçmiş həyat yoldaşının da etiraf etdiyi kimi, 180 dərəcə dəyişdi. Söylədiklərimizi faktlara əsaslanaraq deyirik. Belə ki, AXCP-nin orqanı olan "Azadlıq" qəzetinin 2005-ci il 2-3 oktyabr tarixli sayında "Azadlıq" blokunun 96 saylı Goranboy-Naftalan seçki dairəsinin vahid namizədi Elçin Rzayevin müsahibəsinə diqqət edək: "... İndi dairənin seçicilərini ən çox bir məsələ maraqlandırır. Onlar G.Hacıyevanın hansı üzlə yenidən namizədliyini bu dairədən irəli sürməsini başa düşə bilmirlər. Özünü "avropalı xanım" sayan G.Hacıyeva, görəsən, Avropanın demokratik dəyərlərinə niyə sayğı göstərmir? Onun hələ bu əraziyə gəlib əhalinin hansısa problemi ilə məşğul olduğunu, insanların gün-güzəranı ilə maraqlandığını görən olmayıb. Rayonda onun nüfuzu olduqca aşağıdır. Haqqında uzun-uzadı söz-söhbətlər dolaşır...".

Bax, budur reallıq. Dünənə qədər YAP-çı olan bir medalın iki üzü olan G.Hacıbəyli deputat seçilmədiyi halda, dönüb oldu müxalifətçi və AXCP sədri Ə.Kərimliyə "sadiqliyini" nümayiş etdirərərk, başladı sosial şəbəkələrdə söyüş söyməyə. Beləliklə də, antimilli ünsürlərin toplandığı "Milli Şura"da lövbər saldı. Necə deyərlər, qazan dığırlanıb qapağını tapdığı kimi, G.Hacıbəyli də layiq olduğu satqınlar yuvası olan "Milli Şura"da yer saldı.

Natiq Cəfərli: "AXCP sədri Əli Kərimlinin tapşırıq və sifarişlərini icra edən Gültəkin Hacıbəyli kimilər cəmiyyətimizdə ikrahla qarşılanır"

Bu günlərdə "ReAL" partiyasının icra katibi N.Cəfərlinin G.Hacıbəylinin parlament seçkilərinə qatılmaq iddiasında olması ilə bağlı fikirlərinə münasibət bildirərək deyib ki, G.Hacıbəyli heç vaxt deputat olmayacaq və buna görə də, qəzəblidir. Çünki G.Hacıbəylinin sözləri əməlləri ilə bir deyil. G.Hacıbəyli "terrorçuları və casusları cəmiyyətə siyasi məhbus kimi sırıyanlar" deyəndə, AXCP sədri Ə.Kərimlini və Müsavat başqanını nəzərdə tuturdu. Bu gün isə başqa şey deyir. Bax, budur G.Hacıbəylinin iç üzü".

Doğrudan da, adamın yazığı gəlir buna. İnsanın Ə.Kərimlinin, İ.Qəmbərin, A.Hacılının, F.Qəhrəmanlının, İ.Məmmədovun timsalında rəzil günə düşməsi, elə də təsirli deyil. Ancaq qadının bu kökə düşməsi dəhşətdir.

Göründüyü kimi, təpədən-dırnağa qədər bataqlığa batmış "Milli Şura"nın dolanbaclarında veyillənən, riyakarlığı, satqınlığı və xəbisliyi ilə tanınan, hər addımda AXCP sədri Ə.Kərimlinin tapşırıq və sifarişlərini icra edən G.Hacıbəyli kimilərin parlament seçkilərinə qatılması özü cinayətdir və elə buna görə də, fəaliyyətini cəmiyyətimiz ikrahla qarşılayır və birmənalı olaraq, rədd edir. Bax, budur dəhşət. Ancaq NANKOLARIN aqibəti elə belə də olmalıdır.

Rəfiqə HÜSEYNOVA