Avropa Liqasının topu təqdim edilib UEFA

19 Dekabr 2019 09:18 (UTC+04:00)

Futbol üzrə UEFA Avropa Liqasının pley-off mərhələsində istifadə olunacaq top ictimaiyyətə təqdim edilib. SİA-nın məlumatına görə, topun üzərində turnirin rəngləri, həmçinin final matçının keçiriləcəyi Polşanın “Qdansk” stadionunun şəkli var.

Qeyd edək ki, UEFA Avropa Liqasının sonuncu finalı cari il mayın 29-da Bakı Olimpiya Stadionunda keçirilib.