“2019-cu ildə ikiüzlü, yalançı, saxtakar insanlarla qarşılaşdım” MÜSAHİBƏ-FOTOLAR

19 Dekabr 2019 09:19 (UTC+04:00)

Stilist Samiraldonun SİA-ya verdiyi müsahibəsini təqdim edirik:

- 2019-cu il sizin üçün necə il oldu?

- Bu il mənim üçün yaxşı və pis hadisələrlə yadda qaldı. İkiüzlü, yalançı, saxtakar insanlarla qarşılaşdım. Onu da qeyd edim ki, həyatımda 2019-cu ildə xoş hadisələrin olacağını gözləmirdim. Amma 2020-ci ildən gözləntilərim çoxdur. Belə ki, Allah 10 ildən bir mənə xoş günlər yaşadır.

- Yenidən stilist olaraq fəaliyyət göstərəcəksinizmi?

- Yenidən stilist olaraq çalışacam. Amma nə vaxtdan bilmirəm.

- Hazırda nə işlə məşğul olursunuz?

- Məkanların açılışlarına gedirəm və gəlir əldə edirəm.



- Bilmək olarmı əldə etdiyiniz gəlirlər nə qədər olur?

- Qiymətlər məkanın böyük və kiçikliyindən asılıdır. 1000-500 manat civarında pul qazanıram.

- 2020-ci ildə hansı rənglər dəbdə olacaq?

- Bu il heç kimin gözləmədiyi rənglər dəbdə olacaq. Belə ki, 2020-ci ildə bir çox insanlar əlvan rənglərdən istifadə edəcəklər. Sanki qış ayları yay mövsümünə bənzəyəcək.

- Gələn il şəxsi həyatınızda yenilik etmək fikriniz varmı?

- Şəxsi həyatımla bağlı hələki heç nə etmək istəmirəm. Mənə belə xoşdur.

- 2020-ci ildə evlənməyi düşünürsünüzmü?

- Xeyir, evlənmək istəmirəm. O, haqda düşünmək belə istəmirəm.