35 yaşlı Şirvan sakini keçmiş əri tərəfindən bıçaqlanıb

19 Dekabr 2019 01:03 (UTC+04:00)

Şirvan sakini keçmiş əri tərəfindən bıçaqlanıb.

SİA xəbər verir ki, hadisə axşam saatlarında H.Əliyev prospektindəki zavodların birinə məxsus yataqxanada baş verib.

Şirvan sakini, 1984-cü il təvəllüdlü Qubadova Günay Hətəm qızı 1 il əvvəl boşanmış əri - Şirvan sakini Quliyev Azad Ərəstun oğlu tərəfindən bıçaqlanıb. Yaralı döş qəfəsindən aldığı 2 bıçaq yarası ilə Şirvan Şəhər Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində araşdırma aparılır.