Bakı-Tbilisi-Ceyhan

18 Dekabr 2019 19:08 (UTC+04:00)

Böyük Turan elinə,
Uzanır qızıl kəmər.
Aralıq dənizinə,
Qan verir mavi Xəzər.

Qızaran üfüqlərə,
Açılır geniş yollar.
Düşmənə göz dağıdır,
Birləşən polad qollar.

Əsrin möcüzəsini,
Yaratdı Ulu Öndər.
Xalq kəmərə ad verdi,
Əbədi yaşar Heydər.

Üç dosta, üç qardaşa,
Kəmər oldu ərmağan.
Dünyanı lərzə saldı,
Bakı - Tbilisi - Ceyhan.

Bu kəmərlə sülh quşu,
Yurdumuza gələcək.
Azərbaycan İlhamla,
Göylərə yüksələcək.

Ramiq Muxtar,

Prezident təqaüdçüsü, "Şərəf" ordenli,
Rəsul Rza adına Beyənlxalq Mükafatı laureatı