"Rəqqasəni Samir Bağırova görə öldürdü" ÖZƏL-ŞOK

18 Dekabr 2019 16:20 (UTC+04:00)

Bəzi xəbər saytlarının yaydığı məlumata görə rəqqasə Rasimə Bəşirova çalışdığı restoranda silahla başından vurularaq öldürülüb. Hadisə "Qarabağ" restoranın sahibi Şeyda Novruzov tərəfindən törədilib. Restoranın sahibi hadisəni törətdikdən sonra ölkədən qaçdığı üçün cinayət işinin detalları illər sonra məlum olub. Cinayət materiallarından əldə olunan məlumata əsasən cinayət baş verən zaman müğənni Samir Bağırov, tanışı Sergey və digər şəxslər də orada olub.

Hadisə baş verən zaman restoranın sahibi sərxoş vəziyyətdə restorana qayıdaraq əsəbi halda davranıb. Restoranın sahibi rəqqasənin qulağına nə isə deyərək əsəbiləşib. Daha sonra içki bakalını rəqqasənin başına vuraraq onu ağır yaralayıb. Bununla ürəyi soyumayan restoran sahibi tapançanı çıxararaq rəqqasəni başından vurub.

Əməkdaşımıza adının çəkilməsini istəməyən şəxs Samir Bağırovun hadisə ilə əlaqasinin olduğunu bildirib: "Bu hadisə illər öncə baş verib. Rəqqasə Rasimə Bəşirova (Sima) müğənni Samir Bağırova görə restoranın sahibi Şeyda Novruzov tərəfindən öldürülüb. Belə ki, Şeyda Samiri təhqir etdiyi üçün Sima ondan üzr istəməsini tələb edib. Lakin restoranın sahibi Simanın sözləri ilə razılaşmayıb və əsəbiləşib. O, içki bakalını rəqqasənin başına vurub. Sonra ardınca Simaya silah çəkərək onu öldürüb.

Onu da qeyd edim ki, restoranın sahibi Şeyda Novruzov hazırda həyatda yoxdur. Belə ki, o, həbs olunduqdan bir müddət sonra həbsxana həyatına dözə bilmədi. Ürəyi partlayıb, öldü".