Erməni əsirliyində olan çavuş Anar Hacıyev bu gün geri qaytarılacaq

17 Mart 2011 19:44 (UTC+04:00)

Erməni əsirliyində olan Azərbaycan Ordusunun çavuşu Anar Hacıyev bu gün geri qaytarılacaq. Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sailovun SİA-ya verdiyi xəbərə görə, əməliyyat bu gün saat 14.00 radələrində cəbhənin Ağdam rayonu istiqamətində baş tutacaq.

 

Çavuş Anar Hacıyevin əvəzində isə rəsmi Bakı Azərbaycanda saxlanılan Ermənistan vətəndaşı Artur Badalyanı qarşı tərəfə təhvil verəcək.