Fatiməni kleopatraya bənzətdilər VİDEO+FOTOLAR

18 Dekabr 2019 12:16 (UTC+04:00)

Rəqqasə Fatimə Fətəliyeva görünüşündə dəyişiklik edib. SİA-nın məlumatına görə, sənətçi saçlarını qısaldıb və kəkil kəsdirib. Eyni zamanda onları tünd rəngə boyatdırıb.

Fatimə yeni fotosunu və videosunu "İnstagram" səhifəsində yayımlayıb və bu sözləri yazıb: "Bir az dəyişildim. Sizin fikirləriniz mənim üçün önəmlidir".

İzləyicilər rəqqasənin yeni saç düzümünü bəyənməyiblər. Ünvanına "Əvvəl daha qəşəng idiniz. Üzünüzdəki nur gedib. Kleopatraya oxşadınız. yaraşıb..." kimi şərhlər yazıblar.