Qazaxıstan Parlamenti Məclisinin sədri Azərbaycana səfərə gəlib

17 Dekabr 2019 18:48 (UTC+04:00)

Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin TÜRKPA-nın Bakıda keçiriləcək 9-cu plenar iclasında iştirak etmək üçün dekabrın 17-də Azərbaycana səfərə gəlib.

SİA xəbər verir ki, Nurlan Niqmatulini Heydər Əliyev Beynəlxalq Aeroportunda Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov qarşılayıb.