Koordinatorlarla və klub nümayəndələri ilə görüş keçirilib

17 Dekabr 2019 18:14 (UTC+04:00)

Bu gün AFFA-nın inzibati binasında Premyer Liqada iştirak edən klubların futbol akademiyalarının koordinatorları və nümayəndələri ilə görüş keçirilib. SİA-nın məlumatına görə, aşağı yaş qruplarından ibarət Azərbaycan yığma komandalarının koordinatoru, “Elit məşq” layihəsinin rəhbəri Miloş Velebit layihə ilə bağlı hazırlanmış kitabın ikinci hissəsinin təqdimatını edib.

Güc və kondisiya üzrə rəhbər Vladimir Mrdakoviç isə fitnes-testlərin nəticələri barədə ətraflı məlumat verib. Daha sonra AFFA-nın təşkil etdiyi uşaq və gənclər liqaları ilə bağlı müzakirələr aparılıb, aşağı yaş qrupuna aid milli komandaların 2020-ci il üçün planları açıqlanıb.