Voleybol hakimlərimiz beynəlxalq təyinat alıb

17 Dekabr 2019 17:39 (UTC+04:00)

Avropa Voleybol Konfederasiyası Fuad Ağayev və Selin Konstantinə növbəti dəfə dəvət göndərib. SİA-nın məlumatına görə, hər iki hakim “Çağırış Kuboku”nun 1/16 final mərhələsinin cavab oyununlarında iş başında olacaq.

F.Ağayev “Beylikdüzü” (Türkiyə) – “Slaviya” (Slovakiya), S. Konstantin isə “Olimp” (Çexiya) – “Kalsit” (Sloveniya) matçında ikinci hakim funksiyasını yerinə yetirəcək.

Hər iki qarşılaşma dekabrın 18-də baş tutacaq.