Milli Məclisə seçkilərlə bağlı müstəqil media mərkəzi yaradılacaq - İCLAS

17 Dekabr 2019 17:45 (UTC+04:00)

Milli Məclisə seçkilərlə bağlı müstəqil media mərkəzi yaradılacaq. SİA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov bildirib.

M.Pənahov deyib ki, ənənəvi olaraq parlament seçkilərində belə müstəqil media mərkəzləri yaradılır: "Bu media mərkəzi başqa ölkələrdə bir nümunə kimi göstərilir. Azərbaycana gələn beynəlxalq təşkilatlar bu təcrübəni yüksək qiymətləndirirlər. Yaxın günlərdə media mərkəzinin yaradılmasına başlanılmalıdır".