Hər il ənənəvi olaraq "Nargis" Fondu tərəfindən Fəvvarələr Meydanında təşkil olunan "Soyuq əllər, isti ürək" xeyriyyə yarmarkası artıq yeddinci ildir ki, fəaliyyətə başlayıb. SİA-nın verdiyi məlumata görə, xeyriyyə kampaniyası 2020-ci ilin yanvarın 13-nə kimi davam edəcək.
Qeyd edək ki, təşkil olunmuş yarmarka sakinlərin və turistlərin diqqət mərkəzindədir. Tədbirin yüksək səviyyədə keçirilməsinə "Nargis" Fonduna baş sponsorlar olan "Boutique One", "Azercell", "Coca-Cola", "Berg", "Xırta-Xırt", "FMG-group", "Shokki Mokki", "Azərçay", "Zeytun Bağları", "Final yağları", İndoneziyanın Azərbaycandakı səfirliyi, "Muğan Bank", eləcə də rəsmi tərəfdaşları "CinemaPlus", "Azərişıq", "Bakı Abadlıq Xidməti", "Dayaq Group Security" dəstək göstərirlər.
Yeddi ildir ki, keçirilən yarmarkada toplanan vəsait ənənəyə uyğun olaraq, uşaq evlərinə, müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsi və əməliyyatlarına sərf ediləcək. Fəvvarələr meydanında qurulmuş xeyli sayda evciklərdə yeni il aksesuarları, yeni il hədiyyələri, suvenirlər, təbii əl işləri və eyni zamanda kofe, çay, eləcə də, digər isti və soyuq içkilər vətəndaşlara təqdim olunur.

Təşkil olunmuş yaramarkanın əhəmiyyətindən danışan satış təmsilçisi Esmira Əlizadə xeyriyyə məqsədi ilə təşkil olunmuş yarmarkanın müsbət xarakter danşıdığını və həmçinin bu yarmarkaların digər yarmarkalardan fərqli olaraq, yığılmış maddiyyatla ehtiyacı olan ailələrə, uşaq evlərinə yardım edilməsinin çox əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

Keramika zavodunun satış təmsilçisi Əfsanə İmanova bildirib ki, xeyriyyə məqsədi ilə təşkil olunmuş yarmarkada çalışmışıq ki, həm öz əl işlərimizi nümayiş etdirək, həm də xeyriyyə cəmiyətinə dəstək olaq. 5 ildir ki, fəaliyyət göstərən keramika zavonunun və rəssamların əl işləri yerli əhaliyə və turistlərə təqdim olunur. Satış nümayəndəsi həmçinin əl işləri olmasına baxmayaraq qiymətlərin münasib olduğunu vurğulayıb.

Bunlarla yanaşı yarmarkada milli mətbəximizin dadlı təamları və yeməkləri də nümayiş olunur. Yarmarkada milli mətbəxi nümayiş edən aşbaz Məzahir Əliyev restoranda vətəndaşlara və turistlərə Azərbaycanın milli mətbəxinin yeməklərinin təqdim olununduğunu və yerli əhali ilə yanaşı, turistlərin də marağını cəlb etdiyini və zövqlə dadına baxdığını dilə gətirib.

Digər bir satış təmsilçisi Seymur Rüstəmov isə yarmarkada türk plovunu yerli əhaliyə, turistlərə təqdim etdiyini və əhali arasında çox müsbət qarşılandığını və bu kimi yarmarkaların təşkil olunmasında göstərilən dəstəyə görə fonda öz təşəkkürlərini bildirdiklərini bildirib.

Həmçinin çəkiliş zamanı yarmarkanın təşkili barəsində vətəndaşların da fikirlərini öyrəndik. Azərbaycan Neft və Sənaye Universitetinin tələbəsi Razim Həsənov xeyriyyə məqsədi ilə təkil olunmuş yarmarkanın çox yüksək səviyyədə olduğunu və göstərilən xidmətlərdən razı olduğunu bildirib.

Şəhər sakini Sənani Rəcəbov bir neçə ildir təşkil olunmuş yarmarkanın yerli əhalidə yüksək bayram əhvalının yaratdığını və hər bir xidmətin yüksək səviyyədə təşkil olunduğunu söyləyib.