ABŞ-ın cənubunda güclü yağan yağışın yaratdığı qasırğa nəticəsində baş ən azı 3 nəfər ölüb və 10-dan çox insan yaralanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, yerli hakimiyyət orqanları Luiziana ştatında tornado nəticəsində bir nəfərin, Alabamada isə daha iki nəfər həyatını itirdiyini açıqlayıb.
20-dən çox qasırğa ABŞ-ın cənub bölgələrində ağacları sındırıb, bir çox binaya ziyan vurub.
Yerli hakimiyyət orqanları qurbanların sayının artacağını bildirir.