Cari ilin, 2019-cu ilin yanvar-noyabr aylarında Ermənistanda törədilən iqtisadi cinayət hadisələri ilə əlaqədar idarənin istintaq orqanları tərəfindən 409 cinayət işi başlanıb. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Ermənistan Dövlət Gəlirlər Komitəsi sədrinin müavini Edvard Ovannisyan bildirib.
Komitə sədrinin müavini diqqətə çatdırıb ki, qanun pozuntuları nəticəsində dövlətə 20,8 milyard dram, yəni 43,79 milyon dollar məbləğində ziyan vurulub. Onun sözlərinə görə, vergidən yayınma faktı üzrə 151, qaçaqmalçılıq üzrə 128, qəsdən iflas üzrə 36 və qanunsuz sahibkarlıq fəaliyyəti ilə əlaqədar 21 cinayət işi açılıb.
Edvard Ovannisyan qeyd edib ki, ötən 2018-ci ildə cari ilə nisbətən daha az, daha dəqiq desək, bu ilkindən 63 sayda az cinayət işi açılıb və dövlətə dəyən zərərin miqdarı da 20,2 milyard dramdan, yəni 42,52 milyon dollardan daha az olub. Əslində, Ermənistan Dövlət Gəlirlər Komitəsi sədrinin müavini bununla vurğulayıb ki, Ermənistanda törədilən iqtisadi cinayət hadisələrinin sayı, dövlətə vurulan zərər ilbəil artır.