“Şirməmməd Hüseynov – 95” adlı kitab sərgisi açılıb

17 Dekabr 2019 15:50 (UTC+04:00)

Milli Kitabxanada Azərbaycan jurnalistikasının görkəmli simalarından biri, jurnalist-pedaqoq, mətbuat tədqiqatçısı, Əməkdar jurnalist, professor Şirməmməd Hüseynovun anadan olmasının 95 illiyi münasibətilə “Şirməmməd Hüseynov – 95” adlı kitab sərgisi açılıb. Kitabxanadan SİA-ya bildirilib ki, sərgidə alimin Azərbaycan və xarici dillərdə nəşr olunmuş əsərləri, elmi redaktoru, “Ön söz” yazdığı, tərtibçisi, tərcüməçisi olduğu, haqqında yazılan kitablar və dövri mətbuatda dərc olunmuş yazıları nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

Qeyd edək ki, professor Şirməmməd Hüseynov mətbuatşünaslığa dair 30-dan çox kitab və monoqrafiyanın, 800-dən artıq elmi və elmi-publisistik məqalənin müəllifidir.